Siyasət

Şarl Mişel Novruz bayramı ilə bağlı paylaşım edib

20 Mart 2023 23:24
Baxış: 1 326

Baharın başlanğıcı bu çətin vaxtlarda daha çox ehtiyac duyduğumuz yeni ümidlər gətirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Novruz bayramı ilə bağlı "Twitter" hesabındakı paylaşımında qeyd olunub.

"Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərq də daxil olmaqla Novruz bayramını qeyd edən hər kəsi səmimi qəlbdən təbrik edirəm. Baharın başlanğıcı bu çətin vaxtlarda daha çox ehtiyac duyduğumuz yeni ümidlər gətirir. Bayramı qeyd edənlərə xoşbəxtlik, firavanlıq və ən əsası, sülh arzulayıram", - deyə Şarl Mişel qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.