Siyasət

Finlandiya və İsveç müdafiə nazirləri görüşüb

20 Mart 2023 20:10
Baxış: 855

Finlandiya və İsveç müdafiə nazirləri görüşüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Antti Kaikkonen "Twitter" hesabında bildirib.

"İsveçli həmkarım Pal Yonson ilə vacib görüşüm oldu. Biz müdafiə sahəsində sıx qarşılıqlı əməkdaşlığımızı davam etdirəcəyik.

Çalışırıq ki, hər iki ölkə ən qısa zamanda NATO-nun tamhüquqlu üzvü olsun".

O əlavə edib ki tərəflər Ukraynaya dəstək məsələsini də müzakirə ediblər: "Bizim Ukraynaya güclü dəstəyimiz davam edir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.