Siyasət

Rusiya XİN “3+3” formatında ikinci görüşün çağırılması üzərində işləyir

20 Mart 2023 19:47
Baxış: 716

Rusiya Xarici İşlər Nazirliyi (XİN) "3+3" formatında ikinci görüşün çağırılması üzərində işləyir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada səfərdə olan Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib.

"Gürcüstan tərəfi hələ də bu formata qoşulmaq barədə düşünür, lakin ilk görüş baş tutub, Tbilisi üçün qapı açıq qalır", - deyə nazir Ermənistan xarici işlər naziri ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

10 dekabr 2021-ci il tarixində Moskvada Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin müavinləri səviyyəsində "3+3" Məşvərət Regional Platformasının ilk iclası keçirilib.

İclasda regionda etimadın artırılması, iqtisadiyyatın və nəqliyyat əlaqələrinin bərpası, yenidən qurulması, genişləndirilməsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.