Heydər Əliyevin əməkdaşlığın genişlənməsinə, regional əlaqələrin inkişafına, Qafqazda iqtisadi inkişafa və sabitliyə töhfəsini yüksək qiymətləndirirəm.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Misirin sabiq xarici işlər naziri, Ərəb Liqasının sabiq baş katibi Amru Musa "Heydər Əliyev 100: Həyatı və irsi" adlı tədbir zamanı deyib.
"Prezident Heydər Əliyevin geniş bilik və təcrübəsindən, analiz qabiliyyətindən, Afrika, Yaxın Şərq regionlarında baş verənlərdən dərindən xəbərdar olmasından təsirlənmişdim. Mən bu ölkənin uğurlu gələcəyinə və inkişafına əminəm və inanıram ki, bu yol davam edəcək", - deyə o əlavə edib.
Milli.Az