Siyasət

“Əl-Cəzirə”nin aparıcısından sərt sözlər: “Vətənpərvərlə qanqster arasındakı fərq budur”

18 Fevral 2023 08:10
Baxış: 971

Qətərin "Əl-Cəzirə" telekanalının suriyalı aparıcısı Fəysal əl-Qasım ötən həftə Türkiyə və Suriyada çoxsaylı ölümə və böyük dağıntılara səbəb olan zəlzələlərlə bağlı diqqətçəkən açıqlama verib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, jurnalist zəlzələdən sonra türk nazirlərin dərhal hadisə yerinə tələsdikləri halda Suriya hökumətinin nazirlərinin qəlyan çəkib televizora baxdıqlarını deyib.

"Türkiyədə zəlzələnin ilk günündən bəri evində oturan nazirlərə və onların köməkçilərinə, böyük və kiçik dövlət məmurlarına rast gəlməzsiniz. Zəlzələnin ilk günündən Türkiyə şəhərlərində zəlzələdən zərər çəkmiş insanlara, xilasetmə əməliyyatlarına və yardımlara nəzarət edir. Hətta təhsil naziri də evdə deyil, kabinetin bir çox naziri zəlzələ yerindədir. Mənə zəlzələdən zərər çəkmiş bölgələrə gedən bir Suriya naziri göstərin. İndi hamısı qəlyan çəkir, televizora baxır. Vətənpərvər dövlətlə (Türkiyə) rəzil qanqster dövlət (Suriya) arasında fərq budur", - əl-Qasım bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.