Siyasət

Sərhədimizə gələn "mülkilər": 8 jandarma, 15 alman polisi...

15 Fevral 2023 22:12
Baxış: 1 723

Almaniyanın 15 polis əməkdaşı Ermənistanın Azərbaycanla sərhədində AB missiyasının tərkibində olacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Şteffen Heberştrayt bildirib.

"Federal Nazirlər Kabineti Almaniyanın AB-nin Ermənistandakı yeni missiyasında Azərbaycanla beynəlxalq sərhəddə iştirak etməsi barədə qərar qəbul edib", - o deyib.

Heberştrayt bildirib ki, AB missiyasında hüquq-mühafizə orqanının maksimum 15 əməkdaşı iştirak edəcək.

O söyləyib ki, məqsəd silahsız patrulların köməyi ilə atəşkəs rejiminə riayət olunmasına nəzarət etməkdir.

Qeyd edək ki, daha öncə Fransadan 8 jandarmanın missiyanın tərkibində olacağı bildirilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.