"Qardaş Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərləri dərin hüznlə qarşıladıq".
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib.
"Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Azərbaycan hər zaman Türkiyənin yanındadır", - paylaşımda bildirilib.
Milli.Az