Siyasət

Terrorçu Səhər TV-yə müsahibə verdi - FOTO

27 Yanvar 2023 19:49
Baxış: 3 112

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. "Kalaşnikov" avtomatı ilə silahlanan İran vətəndaşı Yasin Hüseynzadə səfirlik binasına daxil olaraq mühafizə xidmətinin rəisini öldürüb, 2 əməkdaşı isə yaralayıb.

Hadisədən bir qədər sonra terrorçu saxlanılıb. Maraqlı məqam isə bundan sonra baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, terrorçu İran telekanallarına müsahibə verib. Bunu əsk etdirən görüntülər də yayılıb.

Terroçunun əli qandallı, dəmir barmaqlıqlar arxasında olmalı olduğu halda, bu rahatlıqla müsahibə verməsi birmənalı qarşılanmayıb və etirazlara səbəb olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.