Siyasət

Şavkat Mirziyoyev İlham Əliyevin Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin möhkəmləndirilməsində verdiyi töhfəni yüksək qiymətləndirib

18 Avqust 2025 15:07
Baxış: 398

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.

Trend xəbər verir ki, bu barədə dövlət başçısının "Özbəkistan, Azərbaycan və Avropa - ümumi inkişaf naminə əməkdaşlıq" adlı yüksək səviyyəli görüşün iştirakçılarına müraciətində bildirilib.

"Biz Azərbaycan Prezidenti, möhtərəm İlham Heydər oğlu Əliyevin yeni ümumregional proseslərin inkişafında iştirak etmək istəyini və Cənubi Qafqaz və Mərkəzi Asiya arasında qarşılıqlı əlaqəni gücləndirmək səylərini yüksək qiymətləndiririk", - o deyib.

Bundan əlavə, Şavkat Mirziyoyev bu yaxınlarda ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda Ermənistanla üçtərəfli Birgə Bəyannamənin imzalanması münasibətilə Azərbaycan xalqını bir daha təbrik edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.