Ölkə

İlqar Mustafayevin ittihamları bir günə sığmadı

18 Avqust 2025 14:53
Baxış: 354
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev və onunla birlikdə ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə istintaqına start verilib.

"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ittiham aktının elanına başlanıb.

İlqar Mustafayevə qarşı irəli sürülmüş ittihamlar üzrə epizodların sayı olduqca çoxdur. Buraya xüsusilə külli miqdarda-12 milyon manat dövlət vəsaitinin mənimsənilməsi, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması və külli miqdarda vergiləri ödəməkdən yayınma halları daxildir. Onlardan bəziləri açıq keçirilən məhkəmədə elan edilib.

Bugünkü iclas üçün 1 saatdan artıq vaxt ayrılsa da, prokuror ittihamları tam oxuya bilməyib. Bu səbəbdən təqsirləndirilən şəxsin münasibətini öyrənmək mümkün olmayıb. 

Vaxt kifayət etmədiyindən hakim Leyla Əsgərova Məmmədovanın qərarı ilə qalan istintaq materiallarının elan olunması 20 gün sonraya təxirə salınıb.

Qeyd edək ki, İlqar Mustafayev köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevlə birlikdə mühakimə olunur. Mustafayev həbsdə, digərləri azadlıqdadır.

Sabiq Bulvar rəhbərinin 11 milyon manatlıq əmlakı üzərinə də həbs qoyulub. Ona qarşı irəli sürülmüş ittihamların sanksiyasında 10 ildən çox müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.