Güney Azərbaycanın vahid lideri… - Məcid Cavidi
Milli.Az Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadinin axar.az-a müsahibəsini təqdim edir:
- Məcid bəy, Rza Pəhləvinin İranda baş verən proseslərə təsiri haqqında nə deyə bilərsiniz?
- Pəhləvi İranda ən güclü müxalifət lideri olmasa da, fars toplumu içində tanınan və ən çox dəstəkçisi olan liderlərdən biri kimi görünür. Bunun təsdiqi üçün hər hansı sorğu-filan ortada yoxdur, amma mediada izlədiyimiz kimi, fars toplumunda dəstəyi çox olan müxalifət lideri kimi təqdim olunur. Lakin qeyri-fars millətləri Rza Pəhləviyə nəinki dəstək göstərir, əksinə, ona qarşı çıxır.
- Güney Azərbaycan siyəsətçilərindən, yaxud partiyasından kimləri güclü müxalifət hesab etmək olar?
- Düşünürəm ki, Güney Azərbaycanda hərtərəfli bir liderdən tam mənası ilə bəhs etmək mümkün deyil. Amma bizim öndə gələn tanınmış təşkilat və rəhbərlərimiz var. O cümlədən, Dirəniş Təşkilatı, Mərkəz Partiyası, Yeni GAMOH, GAMOH, GAMAC və s. kimi tanınan təşkilatlarımızı qeyd etmək olar.
- Azərbaycan Milli Dirəniş Təşkilatı hazırda İranda baş verən siyasi hadisələrin içindədirmi?
- Təşkilat 2006-cı ildə yaranıb. Yaxınlarda 17-ci ildönümünü qeyd edəcəyik. Bu illər ərzində istər yurd içində, istər xaricdə lobbiçilik fəaliyyətlərində, xüsusilə də media sahəsində təşkilatımız çoxlu işlər görüb. "Araz Nyus" və "Araz Nyus TV" internet kanalı Güney Azərbaycanın ən tanınan medialarındandır. Hazırda da təşkilatımız hadisələrin içində yer alır. Media fəaliyyətimiz davam edir. Digər millətlərlə münasibət qurmaq və Azərbaycan təşkilatları ilə birgə işbirliyi yaratmaqda təşkilatımız çox aktivdir. Güney Azərbaycan siyasi quruluşları ilə birgə əməkdaşlıq platformamız var. Burada Güney Azərbaycan Demokrat Partiyası, Azərbaycan Öyrənci Hərəkatı və Azərbaycan Dirəniş Təşkilatı təmsil olunur. Güney Azərbaycan Təşkilatları İş Birliyi Mərkəzi 8 təşkilatdan ibarətdir. Biz bu qurumun da üzvüyük. Şimali Azərbaycan və İranın qeyri-fars millətləri ilə münasibətlərində çox sıx əməkdaşlığımız mövcuddur.
- İran rejiminə qarşı müxalif güclərin birləşməsinə ehtiyac varmı?
- Təbii ki, ciddi ehtiyac var. İranda bir sıra qüvvələr faşist və geriçi qüvvələrdir. Şahçılar da onun önündə gələnlərdəndir. Bunlar İranı əvvəlki şah dönəminə qaytarmaq istəyir. Bəlkə, onların zamanında iqtisadi cəhətdən stabillik var idi, amma qeyri-fars millətlərinə qarşı hər zaman müstəmləkəçi münasibət olub. Biz bu qüvvələrlə heç zaman birləşməyi düşünmürük. Amma fars və qeyri-fars millətlərin demokrat və insan haqlarına inanan qüvvələri ilə birgə İran rejiminə qarşı ortaq mübarizə bizim əsas məqsədimizdir.
- Güney azərbaycanlılarının vahid koordinasiya mərkəzinin yaranmasına ehtiyac duyulur. Bunun təşkili niyə yubanır?
- Güney Azərbaycan Təşkilatları İş Birliyi Mərkəzi iki il öncə qurulub. Bu aralar bəzi axsamalar yaşandı. Biz - Dirəniş Təşkilatı digər siyasi təşkilatlarla bir araya gəlmişik, qeyri-fars millətləri ilə birgə hərəkət edirik. Birgə platforma yaratmışıq. Yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaq. Eləcə də Bakıda müəyyən partiyalarla iş birliklərimiz var. Təşkilatımız fəaliyyətdədir və daha çox işlər görmək üçün çalışırıq. Bütün təşkilatların bir araya gəldiyi işbirliyi mərkəzimiz də var. Amma son günlər fəaliyyətində yavaşıma var. Onu da tezliklə düzəltməyə çalışırıq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Prezident İlham Əliyev onları təltif etdi - Siyahı
-
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
XƏBƏR LENTİ
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir





