Aİ-nin Ermənistandakı missiyası hüquqi nəticə verməyəcək - İqor Korotçenko
Avropa İttifaqının (Aİ) missiyası qanuni deyil və hüquqi nəticə verməyəcək.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Aİ-nin Ermənistan-Azərbaycan sərhədinə növbəti missiya göndərilməsinə dair qərarını şərh edənrusiyalı ekspert, "Nasionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko deyib.
Onun sözlərinə görə, qərarlar asanlıqla qəbul edilmir və dünyadakı mövcud geosiyasi vəziyyətlə diktə olunur.
"Cənubi Qafqaz birincisi neft-qaz kimi resurslar baxımından, ikincisi isə logistika, o cümlədən nəqliyyat logistikası baxımından son dərəcə vacib regiondur. Fransanın isə bu regiona həmişə marağı olub. Təbii ki, bunu Fransa və Ermənistanın mövcud siyasi elitaları arasındakı son dərəcə sıx münasibətlərlə əlaqələndirmək lazımdır. Missiyanın özünə gəlincə, o qanuni deyil və hüquqi nəticə verməyəcək, ona görə ki, hələ də İrəvanın ucbatından Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin demilitasiyası və demarkasiyası aparılmayıb. Bu səbəbdən Ermənistanın dövlət sərhədləri olmadığından, o, sərhədləri qeyri-müəyyən olan ölkədir. Buna görə də, indiki halda Ermənistan bu missiyanı dəvət etməklə tərkibini və müvəqqəti formatını genişləndirərək əlində Azərbaycana qarşı təzyiq vasitəsi saxlamağı nəzərdə tutur və bu vasitəni manipulyasiya etməklə, həmçinin Fransa və Aİ ilə tərəfdaşlıq etməklə özü üçün əlverişli siyasi, iqtisadi və hərbi mövqe qazanmağa çalışır",- siyasi analitik qeyd edib.
İ.Korotçenkonun sözlərinə görə, Rusiyada bu missiya qəti şəkildə mənfi olaraq qarşılanıb.
"Onun regionda peyda olması Rusiya-Ermənistan münasibətlərinin atmosferinə uyğun gəlmir. İrəvan de-fakto olaraq Moskanı əvvəlcədən xəbərdar etmədən və lazımi siyasi məşvərət rejimi keçirmədən onu baş verənlərlə qarşı-qarşıya qoyur. Bu, Ermənistan tərəfindən istər Rusiyaya, istərsə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı antaqonist fəaliyyətdir. Bu müşahidə komissiyasının göndərilməsi Ermənistanda revanşizmin dəstəklənməsinə səbəb olacaq ki, bu da Rusiyanın milli maraqlarına kökündən ziddir. Qərb missiyası Şimal-Cənub nəqliyyat dəhlizinin normal fəaliyyətinə mane olmaq üçün yeni münaqişə yaradacaq", - o yekun olaraq deyib.
Qeyd edək ki, ötən gün Avropa İttifaqı Ermənistan-Azərbayacan sərhədinə növbəti missiyanın göndərilməsi haqqında qərar qəbul etdi.
Qərarda missiyanın məqsədinin "Ermənistanın sərhədyanı rayonlarında stabilliyə nail olmaq, yerli səviyyədə əməkdaşlığı tənzimləmək və Aİ-nin dəstəyi ilə Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması üzrə səylərə təkan verəcək şəraitin yaradılması"ndan ibarət olduğu deyilir.
Xatırladaq ki, 2022-ci il oktyabrın 17-də Aİ xarici işlər nazirlərinin Şurası öz iclasında Azərbaycanla sərhədə Cənubi Qafqaz regionunda vəziyyətin monitorinqi, təhlili və hesabatların təqdim olunması üçün 40-a yaxın müşahidəçi ekspertinin Azərbaycanla sərhədə göndərilməsinə dair qərar qəbul etmişdi. 2022-ci il dekabrın 19-da Aİ monitorinq missiyasının Ermənistandakı missiyasının mandatı bitmişdi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq
XƏBƏR LENTİ
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun





