Siyasət

Yeni Zelandiyanın növbəti baş naziri məlum olub

21 Yanvar 2023 08:32
Baxış: 694

Yeni Zelandiyanın təhsil naziri Kris Hipkins Leyboristlər Partiyasının yeni liderliyi üçün yeganə namizəddir və seçildikdən sonra Baş nazir postunu tutacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, partiyanın nümayəndəsi Dunkan Vebb bildirib ki, partiyadaxili seçkilər yanvarın 22-də keçiriləcək.

"Leyboristlər Partiyasının qrup iclasları bazar günü saat 13:00-da keçiriləcək və yeni lider kimi Kris Hipkinsin namizədliyi təsdiqlənəcək", - deyə o, yerli KİV-ə bildirib. Hipkins bu vəzifəyə yeganə namizəddir.

Yeni Zelandiya qanunlarına görə, son seçkidə parlamentdə ən çox yer qazanan partiyanın lideri ölkənin baş naziri olur. 2020-ci ilin oktyabrında ölkədə keçirilən seçkilərin nəticələrinə görə, leyboristlər parlamentdəki 120 yerdən 64-nü tutub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.