Siyasət

Meladze vətəndaşlıqdan çıxarılsın! - Rus deputat

3 Yanvar 2023 08:30
Baxış: 600

Müğənni Valeriya Meladze Rusiya vətəndaşlığından çıxarılmalıdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri rusiyalı senator, Dövlət Dumasının Beynəlxalq Əlaqələr üzrə komitəsinin üzvü Yelena Afanasyeva deyib.

"Meladzenin titulları ləğv edilməli deyil, həm də vətəndaşlıqdan çıxarılmalıdır", - deyə o bildirib.

Bundan öncə "Ədalətli Rusiya - Həqiqət naminə" partiyasının lideri Sergey Mironov Meladzeni təltiflərindən məhrum etməyə çağırış etmişdi.

Qeyd edək ki, Meladze Dubaydakı konsertində Ukraynaya dəstək nümayiş etdirərək, məşhur "Slava Ukraini" şüarını səsləndirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.