Siyasət

Kreml Bakı ilə saziş imzalayıb: 11-ci bənd işə düşməlidir

18 Dekabr 2022 12:04
Baxış: 1 483

Azərbaycanın Qarabağ iqtisadi rayonundakı və Laçın dəhlizi ətrafındakı vəziyyətə Moskva və Bakı arasında münasibətlərin prinsiplərini müəyyən edən və Rusiya lideri Vladimir Putinlə Azərbaycan lideri İlham Əliyevin 22 fevral 2022-ci ildə imzaladığı və dərhal da qüvvəyə minən bəyannamə prizmasından yanaşmaq vacibdir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri "Milli müdafiə" jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko qeyd edib.

O bildirib ki, sözügedən bəyannamənin 11-ci bəndinə əsasən, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində bir-birinin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təşkilatların və şəxslərin fəaliyyətini qətiyyətlə dayandırırlar:

"Bu arada Qərb fəal şəkildə Cənubi Qafqazdakı vəziyyəti gərginləşdirməyə və bu gün əsas səylərini "xüsusi hərbi əməliyyata" yönəltmiş Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışır. MKİ və Mİ-6 rəhbərlərinin İrəvana səfərləri, Qarabağda erməni separatçılarının nümayişkaranə şəkildə təxribat xarakterli hərəkətləri, AB, Fransa və ABŞ-ın danışıqlar təşəbbüsünü Moskvadan almağa və onu bölgədən çıxarmağa çalışması, güc tətbiq etməyə fəal cəhdlər bu səbəbdəndir.

Zəruri olaraq qeyd edək ki, Laçın dəhlizinin istismar rejimi ilə bağlı bütün suallar Qərb şirkətlərinin qanunsuz iqtisadi fəaliyyəti (separatçı administrasiya tərəfindən sanksiyalaşdırılıb), Qarabağdan qızılın çıxarılması və gizli şəkildə Ermənistan ərazisinə daşınması, böyük miqyasda ekoloji ziyan və ətraf mühitin çirklənməsinə görədir.

Beynəlxalq erməni diasporu tərəfindən Qarabağa sızdırılan Ruben Vardanyan "dövlət naziri" statusu - separatçılar içində müəyyən güc və səlahiyyət - alan kimi pul qazanmağa girişdi, başladı qanunsuz olaraq qızıl çıxartmağa. Məhz buradan hazırkı problemlər yaranıb.

Bu baxımdan Vardanyanın Xankəndidə separatçıların mitinqini keçirmək cəhdlərinin təhlükəsini anlamaq lazımdır, çünki həyəcanlı və aqressiv kütlə istənilən təxribata qadirdir. Ruben Vardanyanın özünə gəlincə, o, sadəcə olaraq, yaşayış şəraiti getdikcə pisləşən yerli erməni əhalisinin narazılığını - Vardanyan və Arutyunyanın kökəlməsi fonunda "yəhərləməyə" çalışır.

Düzünü desək: yalnız Azərbaycanın yurisdiksiyasına keçid Qarabağ ermənilərinə daha yaxşı gələcək, onların həyat və rifahını yaxşılaşdırmaq şansı verəcək. Gələcəkdə Qarabağda öz bələdiyyələrini yaratmağa heç kim mane olmayacaq - lakin bütün bunlar Azərbaycan Konstitusiyasına uyğun baş verməlidir.

Dəfələrlə dediyimi bir daha təkrar edə bilərəm: erməni lobbisinin, beynəlxalq erməni diasporunun və onun arxasında duran Qərb kəşfiyyat xidmətlərinin (MKİ, Mİ6 və DGSE) məqsədi və vəzifəsi rus sülhməramlıları ilə azərbaycanlılar arasında toqquşmalara səbəb olmaqdır. Məqsəd odur ki, Rusiya ilə Azərbaycan arasında genişmiqyaslı hərbi münaqişə başlasın, bunun ardınca Türkiyənin vasitəsilə NATO ölkələrinin hərbi kontingenti Cənubi Qafqaz regionuna yeridilsin!

Yəni söhbət Rusiya Federasiyasına qarşı ikinci cəbhənin açılmasından gedir. Və bütün bunlar ona görədir ki, erməni millətçilərinin Qarabağı Azərbaycandan ayırmaq və orada çürümüş və korrupsioner separatçı administrasiyanı saxlamaq istəklərini həyata keçirsinlər.

Bir vaxtlar erməni millətçiləri SSRİ-nin dağılması mexanizmini işə salmışdılar, indi də Rusiya Federasiyasının dağılması mexanizmini işə salmaq istəyirlər.

Rusiya Federasiyası öz milli maraqlarının ziyanına dünya ermənilərinin eqoist siyasi maraqlarının həyata keçirilməsi üçün alət olmamalıdır və olmayacaq da".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.