Siyasət

Monitorinq qrupu sülhməramlılarla görüşdü: Bakının tələbi qəbul edilmədi

16 Dekabr 2022 13:30
Baxış: 3 081

İqtisadiyyat Nazirliyi, Ekologiya və təbii sərvətlər nazirliyi, İqtisadiyyat nazirliyi yanında Əmlak məsələləri dövlət xidməti və "Azergold" QSC-in nümayəndələrindən ibarət heyət Rusiya sülhməramlılarının qərargahında görüş keçirilib.

Milli.Az xəbər verir ki, bu barədə Monitorinq qrupunun rəhbəri Məsim Məmmədov bildirib.

Görüşdə bir daha qeyd olunub ki, təqdim edilmiş yol xəritəsinə uyğun olaraq "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarına yerində baxış həyata keçirilməli, müvafiq monitorinq və inventarizasiya işlərinin təşkili məsələləri həllini tapmalıdır. Minotorinq qrupunun yataqlara yerində baxış keçirməsinə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.

Monitorinq qrupu üzvləri tərəfindən bir daha qeyd edilib ki, yataqların qanunsuz istismarı dayandırılmalı, ərazidə kompleks monitorinq işləri həyata keçirilməlidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.