Siyasət

Rus sülhməramlılar separatçıların istəyini rədd etdi

13 Dekabr 2022 11:48
Baxış: 2 080

Laçın dəhlizində azərbaycanlı ekofəalların keçirdiyi aksiyada danışıq üçün Xankəndidəki separatçı rejimin nümayəndələri də tərəf kimi iştirak etmək istəyiblər. Lakin Azərbaycanın Qarabağ iqtisadi zonasında müvəqqəti yerləşdirilən rus sülhməramlıları separatçıların danışıq tələbini qəti şəkildə rədd ediblər. Onlar bildiriblər ki, bu, həm də azərbaycanlıların tələbidir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb.

"Aksiya iştirakçıları ilə qondarma rejimin "təhlükəsizlik şurasının katibi" Vitali Balasanyan və Xankəndidə olan separatçılar (özlərini "deputat" adlandırırlar - red.) danışmaq istəyiblər. Onların istəyi rədd edilib və ümumiyyətlə aksiya istiqamətinə getməyə icazə verilməyib", - məlumatda deyilib.

Rus sülhməramlıları isə aksiyanı zorla dayandırmayacaqlarını deyiblər. "Yuxarıdan" göstəriş aldıqdan sonra nə edəcəyimizi biləcəyik", - onlar qeyd ediblər.

Xatırladaq ki, ötən gün Xankəndidə özlərini "deputat" adlandıran bir qrup terrorçu aksiya keçirilən əraziyə gəlməyə cəhd etsə də, sülhməramlılar onları buraxmamışdı.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.