Rusiyanın Fransa siyasəti aktuallaşır - Moskva Qarabağla bağlı Parislə nəyi razılaşdırır?
"Sülhməramlılarla bağlı son yaşanan hadisələr fonunda separatçı rejim getdikcə daha da əmin olur ki, sondan qaçış yoxdur. Ya da bu məsələdə də Rusiyanın rıçaqları zəiflədilməyə başlanıb. Bunu bildikləri üçün ilk növbədə öz aqibətlər haqqında düşünürlər".
Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Rusiya ilə Fransanın Qarabağdakı xunta rejimə bənzər yanaşması çox diqqət çəkməyə başlayıb:
"Bütövlükdə Ermənistan Rusiyadan sonra Fransanın ətəyinin altına indi daha da dərindən sığınsa da, hələ iki tərəfdən də yapışır. Bir tərəfdən sülhməramlıların ailələrinin Qarabağa köçürülməsi təklifi gündəmə gətirilir, digər yandan da Arayik Arutyunyan da başda olmaqla bir neçə quldur bu dəfə də Sena çayının sahillərində yallanır. Rusiyanın isə bütün bunları sakit izləməsi təsadüf olmasa da, hər halda cavabı da mövcuddur.
Belə ki, daha da aydın formada gün işığına çıxır ki, separatçı rejim vasitəsilə bölgədə qalmaq, buranı idarə etmək sadəcə Fransanın planı deyil. Əvvəla qeyd edək ki, tarixdə də Fransa və Rusiyanın diplomatik həmrəyliyi az rast gəlinən tendensiya deyil. Fransa-Almaniya ikilisinin NATO və Avropa İttifaqının Rusiya sərhədlərinə doğru genişlənməsinə hazırlaşarkən Rusiya ilə "Böyük Avropa"nı sabitləşdirmək iddiaları da olub.
Fransa prezidenti Jak Şirak Rusiyanı təkcə qərarların paylaşıldığı çoxtərəfli dünya kimi deyil, həm də gücün paylaşıldığı çoxqütblü dünyaya baxış üçün həyati əhəmiyyət kəsb edən strateji tərəfdaş adlandırırdı. Başqa sözlə, Moskvaya zaman-zaman münasibət kəskin dəyişsə belə, Fransa üçün "Putin hətta ən pis həll yolu olaraq qalır" variantı da həmişə olub.
Rusiya və Fransanın separatçı rejimə oxşar yanaşması Rusiyaya bu məsələ vasitəsilə Qərbdə mövqe tutmaq və onun daxili transformasiyasına təsir etmək baxımından əlavə planlar cızmağa yardım edir. Paris çoxtərəflilik vasitəsilə ortaq mövqelər axtarırsa, Rusiya da indiyə qədər modelsiz ya da kənardan kömək olmadan öz regional strategiyasını möhkəmləndirməyə çalışırdısa, indi bu strategiyanı məqam yaranmışkən birlikdə inkişaf etdirmək niyyətindədir.
Moskva üçün indiki məqamda çoxtərəflilik beynəlxalq gərginliyi idarə etməkdənsə, sadəcə olaraq öz təsirini əldən verməmək vasitəsidir. Bu baxımdandır ki, bir tərəfdən də Fransanın xarici işlər naziri Katron Kolonna mülki missiyanın mandatının vaxtının artırılmasının önəmini aktuallaşdırır. Fransa və Rusiyanın bu ortaq mövqeyi siyasət prioritetlərinin müəyyənləşdirilməsini çətinləşdirsə də, maraqların və dəyərlərin balanslaşdırılmasını tələb edir.
Azərbaycan isə bütövlükdə Cənubi Qafqazı idarə etmək üçün kənar mətbəxlərdə hazırlanan bütün məkirli planların qarşısını almaqda davam edir. "ATƏT-in ehtiyacların qiymətləndirilməsi heyəti" ilə bağlı təşkilatın mövcud açıqlaması da Azərbaycanın qətiyyətinin bir göstəricisidir".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
XƏBƏR LENTİ
-
Nərgiz Rüstəmovaya yüksək vəzifə verildi
-
Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
-
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar təhlükəlidir? - (Video)
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib - (Foto)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Qarabağda sülh və suverenlik: Azərbaycan Ordusunun 2023-cü il antiterror əməliyyatı
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)





