NATO da Azərbaycan ordusunun BU ETDİYİNİ BACARA BİLMƏZ - ŞOK İDDİA
"Türkiyə ilə Azərbaycan arasında keçirilən "Qardaş yumruğu" təlimi ilk öncə iki ölkə ordusunun ortaq hərəkət etmə, fikir birliyi və birgə fəaliyyət, yəni hərbi dillə desək komando əmri, komando nəzarəti, nəzarət və koordinasiya nəzərdən olduqca önəmli idi".
Bunu Milli.Az-a açıqlamasında Türkiyənin təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.

O bildirib ki, Azərbaycan və Türkiyə ordusu dünyanın heç bir ordusunun bacarmadığını reallaşdırdı:
"Bir Komando daxilindəki iki Manqanın, bir Bölük içərisindəki iki qrupun və bir Tabor daxilindəki iki bölüyün sinxron hərəkət etməsi müharibə zamanı olduqca çətindir. Hətta iki insanın bərabər hərəkət etməsi belə çox çətindir. Amma biz bu gün iki ordunun bütöv, bir ordu kimi hərəkət etməsindən, ortaq bir hədəfə yönəlməsindən bəhs edirik, yəni strateji bir uyğunlaşmadan, formalaşmaqdan bəhs edirik.
Bu, elə asan bir məsələ deyil. Əslində burada Azərbaycan və Türkiyə ordusunun bunu bacardığını, öhdəsindən çox böyük məharətlə gəldiyini gördük. Bunu nədən anlamaq olar?
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-polkovnik Bəxtiyar Paşa bu təlimlərlə bağlı danışarkən belə bir cümlə qurdu: "28-də Azərbaycanda oluruq, 2-3 gün sonra - ayın 1-də, 2-də bərabər, sinxron şəkildə hərbi təlimlərə başlaya bilirik".
Bu, əldə olunan səviyyəni göstərir. Yəni bu nəticə Türkiyə ilə Azərbaycan ordularının - iki ayrı coğrafiyada qurulan iki böyük ordunun bərabər hərəkət etməklə bağlı ortaya qoymuş olduğu səviyyədir. İndi bunu niyə deyirəm? Çünki bunu indi dünyada bacara bilən strateji tərəfdaş olan başqa bir belə iki ölkə yoxdur. Qoy, NATO daxilində hər hansı bir iki ölkə belə bir hərbi əməliyyat nümunəsi göstərsinlər, görək bacaracaqlar?!
Bu, böyük bir əziyyətin, zəhmətin, səyin nəticəsində əldə olunan fərqdir. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra ortaya qoyulan ortaq iradə, bu iradə ilə bərabər son dərəcə önəmli bir qarşılıqlı anlayış belə bir üstünlüyü yaxalamaq imkanı verdi.
İki dövlət, bir millət, bir ordu! Baxın, əvvəllər "İki dövlət, bir millət" deyirdik. İndi "Tək Ordu" anlayışı bizim artıq leksikonumuza daxil oldu. Və bir şey demək istəyirəm: Qarabağ Zəfəri gələcəkdə Türk Dövlətlərindən ibarət bir Türk Ordu Birliyi qurulduğu zaman bu birliyin qurulmasının zəfəri, mübarizəsi olaraq tarixə qızıl hərflərlə yazılacaq".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Dünyada ən çox maaş alan lider odur
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
Saç qaynağının gizli təhlükəsi
-
10 günə 100 min özbək Rusiyadan getdi
-
Dünyada ilk dəfə belə döyüş oldu - (Video)
-
Selin Dion 6 il sonra səhnəyə qayıtdı - (Video)
-
ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı
-
Elgiz əməkdar artistlə verilişdə "söz savaşı"na çıxdı" - (Video)
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Əməkdar artist görünüşündə dəyişiklik etdi - (Video)
-
Həmin gündən 4 il ötdü... - (Fotolar)
-
Bakıda taksi sürücüsünün qazancı müzakirə yaratdı - (Video)
-
Ofeliya Sənani xəsarət aldı: “Yerə çırpıldım..."
-
Soda İbrahimiyə edam cəzası verildi
-
“Çocuklar Duymasın”ın aktrisası tanınmaz halda - (Foto)
-
"Məhkəməyə onun qardaşı yox, Güllünün oğlu kimi gedəcəyəm"
-
Bədii gimnastların zəriflik şousu başa çatdı - (Foto)
-
Yaşlanmamaq üçün oğlunun qanını özünə köçürmüşdü, indi də itinin ömrünü "uzatmaq" istəyir
-
Ən paxıl BÜRCLƏR – Gözlərinə görünməyin
-
Trampın uşaqlıq illərini keçirdiyi malikanə satıldı - (Foto)
-
Şəbnəm Tovuzlu geyim ilə müzakirə yaratdı - (Video)
-
Bakıda dəbdəbəli toy: Demet Akalın, Aygün, Röya səhnə aldı - (Video)
-
Dünyada ən çox maaş alan lider odur
-
Qeri Mayers vəfat etdi - (Foto)
-
Venesiya Film Festivalının qalibləri açıqlandı: "Qızıl Şir"i kim aldı? - (Foto)





