Qərb əndazəni aşdı: dəyərlər yerlə-yeksan edilir
Qərb özünü "liberal" kimi təqdim edir, amma liberalizmin qəbrini qazmaqla, bütün prinsiplərini, dəyərlərini yerlə-bir etməklə məşğuldur.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Rusiya neftinə tətbiq edilən qiymət məhdudiyyəti ilə bağlı qeyd edib.
O bildirib ki, Rusiyanın işğalçı siyasətini bəhanə edib, neft-qaza qiymət qoymağa çalışırlar, təhlükəli presedent yaradırlar:
"Bu gün Rusiyaya, neft-qaz bazarına tədbiq edilən qiymət məhdudiyyəti, dövlətlərin bazara kobud müdaxiləsi sabah başqa ölkələrə, başqa növ mal və xidmətlərə də şamil edilə bilər - bu isə əsl "kommunist" yanaşması, dövlətin iqtisadiyyata axmaqcasına müdaxiləsidir.
"Nyu-kummunist liberallar" tək iqtisadiyyata müdaxilə ilə qalmırlar, azadlıqları, söz-mətbuat azadlıqlarını da boğmağa cəhd edirlər - sosial şəbəkələrə müdaxilə edirlər, saytları bloklayırlar, elə Rusiya kimi avtoritar yanaşma ilə davranaraq, bunu "liberalizm" kimi qələmə verirlər.
İndi də İlon Maskı, onun sahibi olduğu Tvitteri hədəf alıblar - AB daxili bazar üzrə komissarı (yeri gəlmişkən, vəzifələrin adını "komissar" qoymaqla da kommunistlərə çox bənzəyirlər) Terri Breton AB ərazisində bu sosial şəbəkənin bloklana biləcəyini bəyan edib, müxtəlif mənasız səbəblər səsləndirib, amma əsl səbəb odur ki, Mask Tvitterdə söz azadlığını genişləndirməyi düşünür, hətta 2020-ci il ABŞ-da prezident seçkilərində baş verən pozuntularla bağlı sensasion sənədlər dərc edib - dərhal da AB ona qarşı hərəkətə keçməklə bağlı bəyanat səsləndirib".
Ekspert bildirib ki, Qərbə münasibət onun dəyərlərinə, seçki, söz, toplaşmaq və başqa azadlıqların qorunmasını görədir:
"Ümumbəşəri dəyərlər olan azadlıqların qorunması missiyasını məhz Qərb öz üzərinə götürmüşdü, indiki siyasi elitanın böyük bir hissəsi isə əsl "kommunist" yanaşma ilə azadlıqları məhdudlaşdırmağa, iqtisadiyyata kobudcasına müdaxilələrə cəhd edir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
Yeni Günəşlidə ilan göründü - (Video)
-
Xəyalə yol hərəkət qaydalarını pozdu - (Foto)
-
Həftənin rəmzi komandası bəlli oldu
-
Azərbaycanda sabiq nazir vəfat etdi - (Foto)
-
“Bakıda doğulmuşam, Bayıl uşağıyam” - “Qarabağ”ın oyunçusu - (Video)
-
Georgi Baramidze həbs olundu
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Fransada qatar relsdən çıxdı - Çoxlu sayda yaralılar var
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
-
Azərbaycanda nadir hadisə: Döl uşaqlıq əvəzinə qaraciyərdə inkişaf edib - (Video)
-
Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olublar - (Yenilənib)
-
Faiq Mirzəyev oğluna toy etdi - (Video/Foto)
-
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
-
İtkin düşən 8 nəfər tapıldı
-
Mahir Emrelinin paltardəyişmə otağında çılğın qələbə sevinci - (Video)
-
Türkiyəli aktrisa “Sənə də qalmaz” oxudu - (Video)
-
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
-
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ötən gün 9 odlu silah aşkarlanıb
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri





