“Politico”da Azərbaycanın minatəmizləmədəki irəliləyişindən bəhs edilib
Böyük Britaniya ordusunun veteranı, ATƏT-in Donetskdəki missiyasının keçmiş başçısı Met Votli "Qərbin Ukrayna üçün "Marşall planı" ilə bağlı konsensusu yanlışdır" adlı məqaləsində Şərqi Avropa ölkəsindəki mina məsələsinə toxunaraq bu problemlə mübarizədə Azərbaycanın öncü olduğuna diqqət çəkib.
Milli.Az "Report"a istinadən bildirir ki, Metli Votlinin məqaləsi nüfuzlu "Politico" nəşrində dərc edilib.
Yazısında Qərbin Ukraynanın bərpası üzrə təklif olunan "Marşall Planı"nı tənqid edən Met Votlinin fikrincə, problemə, xüsusilə mina məsələsinə sadəcə pul yatırmaq heç bir nəticə verməyəcək:
"Azərbaycanın qonşu Ermənistan tərəfindən qanunsuz şəkildə işğal olunmuş Qarabağ bölgəsi və suveren ərazisinin böyük hissəsinə nəzarəti bərpa etməsindən sonra Qafqazdakı son təcrübələr bunu təsdiqləyir".
O xatırladıb ki, son iki ildə Azərbaycan dünyanın ən çox minalanmış ərazilərindən birində yenidənqurma işlərinə başlayıb:
"Qaytarılan torpaqların təmizlənməsi prioritet məsələ olub: bu, evlərindən didərgin salınmış yüz minlərlə məcburi köçkünün öz yurdlarına qayıtmasına yol açıb. Onların köçürülməsi milli qürur məsələsinə çevrildiyi üçün hökumət öz milli ehtiyatlarını bu işə adayıb".
ATƏT-in sabiq rəsmisi mina təmizləmənin baha başa gələn, həm də əziyyətli iş olduğunu qeyd edib, lakin bu məsələdə Azərbaycanın irəliləyiş əldə etdiyinə vurğulayıb:
"Azərbaycan iki il əvvəl bölgəni azad edəndən bəri 514 kvadrat kilometr ərazi təmizləyib ki, bu da 2020-ci ildə dünya təmizlənmiş ərazilərlə müqayisədə 1,5 dəfə çoxdur. Bu, irəliləyişdir. Amma 11 270 kvadrat kilometr qalıb".
Eyni zamanda, Met Votli Ukraynadakı mina probleminin nəhəngliyinə işarə edərək Qarabağla müqayisədə Şərqi Avropa ölkəsindəki çirklənmiş ərazilərin 10 qat çox olduğunu bildirib.
Qeyd edək ki, "Marşall planı" və ya rəsmi adı ilə "Avropanı bərpa proqramı" İkinci Dünya müharibəsindən sonra ABŞ-ın Avropaya yardım proqramıdır. Bu təşəbbüs 1947-ci ildə ABŞ dövlət katibi Corc C. Marşall tərəfindən irəli sürülüb və 1948-ci ilin aprelindən qüvvəyə minib. Planın həyata keçirilməsində 17 Avropa ölkəsi, o cümlədən Qərbi Almaniya iştirak edib.
"Marşall plan"ı Qərbi Avropada müharibədən sonra sülhün bərqərar olmasına töhfə verib. Planın məqsədi müharibə nəticəsində dağılmış Avropa iqtisadiyyatını bərpa etmək, ticarət əngəllərini aradan qaldırmaq, Avropa ölkələrinin sənayesini modernləşdirmək, kommunistləri güc strukturlarından sıxışdırıb çıxarmaq və bütövlükdə Avropanı inkişaf etdirmək olub.
"Marşall planı"na SSRİ iqtisadiyyatının müharibədən sonrakı yenidən qurulmasına yardım da daxil idi, lakin Sovet İttifaqının rəhbərliyi proqram çərçivəsində yardımın bütün formalarından imtina edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir





