10 noyabr bəyanatı pozulur: Bakı öz işini görəcək - General
Rusiya Müdafiə Nazirliyi yayımladığı bülletenlərdə Azərbaycan ərazilərini qəsdən saxta erməni adları ilə təqdim edir. Rus sülhməramlılar da nazirlikdən aldıqları direktivlər ilə eyni şeyi təkrarlayırlar.
Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasındakı erməni terrorçuların fəallaşması və Rusiya Müdafiə Nazirliyinin Azərbaycana qarşı qərəzli mövqeyi haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib. General Türkiyə və Azərbaycanın heç vaxt Rusiyanın 10 noyabr bəyannaməsinə zidd hərəkətlərini qəbul etməyəcəyini vurğulayıb:
"Rus sülhməramlıların gözü önündə erməni terrorçu dəstələri Qarabağda xəndəklər qazır, istehkamlar düzəldir, eyni anda bir neçə yerdən Azərbaycan Ordusuna atəş açırlar. Baş verənlər 10 noyabr bəyannaməsinə qəti şəkildə ziddir. Qarabağ Azərbaycan torpağıdır və Putin özü də bunu dəfələrlə təkrar edib. Rus sülhməramlıların himayəsində Ermənistanın Azərbaycanın ərazisi olan Qarabağa silah-sursat daşıması, orada erməni terrorçularının öz mövcudluqlarını davam etdirməsi qəbuledilməzdir. Təəssüflər olsun ki, rus sülhməramlılar Azərbaycan ərazisinə yerləşdirildikləri gündən etibarən öz missiyalarına zidd şəkildə neytral olmaq yerinə, tərəf tutur və ermənilərin vaxt qazanma taktikasına dolayı yolla dəstək verirlər. 10 noyabr bəyannaməsinin şərtlərinin pozulması və erməni terrorçular ilə Ermənistan ordusunun hərbi birləşmələrinin Qarabağda qalmağa davam etməsi sözügedən sənədin qüvvədən düşməsi mənasına gəlir. Əgər vəziyyət belədirsə, Azərbaycan İkinci Qarabağ müharibəsində olduğu kimi, öz işini özü görəcək".
General bildirib ki, biz problemin mütləq şəkildə Azərbaycanın ərazi bütövlüyü daxilində müzakirələr yolu ilə həll edilməsini istəyirik:
"Vladimir Putinin "Qarabağ Azərbaycan torpağıdır, biz ora müdaxilə edə bilmərik" deməyinə rəğmən, Rusiya Müdafiə Nazirliyinin tam əksinə hərəkət etməsi, məsuliyyət zonalarında rus sülhməramlıların özlərini hökmran kimi aparması, öz mənfəətləri naminə erməni siyasətinə alət olması səmimiyyətsizliyin, ikiüzlülüyün göstəricisidir. Nə Azərbaycan, nə Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingenti, nə də Türkiyə Cümhuriyyəti bunu qəbul edəcək. Əgər Rusiya və Ermənistan normal dövlətdirlərsə və sülh istəyirlərsə, lazımi addımlar atmalıdırlar. Çünki normal dövlətlər hər zaman imzalarına sadiq olurlar. Yoxsa yenə Dəmir Yumruq Qarabağdakı üç-beş quldurun başına enəcək və onlara lazımi dərs veriləcək. Ağıllarını başlarına toplamalı, tərəfsiz şəkildə beynəlxalq hüququn tələblərinə uyğun formada problemlərin həllinə çalışmalıdırlar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Hakan Fidan Azərbaycana gəlir
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
XƏBƏR LENTİ
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - Yenilənib
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Sabah Yasamalda qaz olmayacaq





