Siyasət

ABŞ Kiyevi havadan qoruyacaq

1 Dekabr 2022 08:48
Baxış: 996

ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kulebaya ABŞ-ın Kiyevi hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə hazır olduğunu təsdiqləyib.

Bu barədə ABŞ Dövlət Departamentinin görüşlə bağlı yaydığı məlumatda deyilir.

"Dövlət katibi xarici işlər naziri Kulebaya ABŞ-ın Ukraynanın müdafiə və çəkindirmə imkanlarını, xüsusən də hava hücumundan müdafiə imkanlarını dəstəkləməkdə qəti öhdəliyini bir daha təsdiqlədi" - məlumatda vurğulanıb.

Onlar həmçinin Ukraynanın enerji infrastrukturu və onun uzunmüddətli enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində ehtiyaclarına dair görüşlərin nəticələrini müzakirə ediblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.