Siyasət

İbrahim Kalın anons verdi: “Türkiyə hər an...”

29 Noyabr 2022 21:28
Baxış: 815

"Suriya və İraqda yeni antiterror əməliyyatları hər an başlaya bilər".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.

"Buna görə heç kimdən icazə almırıq. Əməliyyatlar müxtəlif formalarda keçirilə bilər. Sabah, gələn həftə və ya istənilən vaxt ola bilər. Zamanı, yeri və əhatə dairəsini Türkiyə müəyyən edir.

YPG-yə gəlincə, ABŞ, Rusiya və ya Suriya rejimi ilə iş görür", - Türkiyə rəsmisi bildirib.

Kalın qeyd edib ki, PKK-nın İstanbuldakı terror aktı bu prosesin tamam başqa bir prosesə çevrilməsinə səbəb olub:

"Terror təşkilatına qarşı mübarizəmiz İstanbuldan Antepə keçdi. Buna icazə verə bilərdikmi?

Haradan gəldiyindən asılı olmayaraq, bu təhlükəni aradan qaldırmaq üçün işləməyə davam edirik. Əməliyyatlarımız davam edəcək.

Türkiyənin üç hərbi əməliyyatı olmasaydı, yəqin ki, bu gün Şimali İraqdan Aralıq dənizinə terror dəhlizi olardı. Prezidentimiz Obama administrasiyasından bəri dünya liderlərinə təhlükəsiz zona ilə bağlı çağırışlar etmişdi. Təhlükəsiz zona olsaydı (30 km), nə bu qədər köç, nə də bu qədər terror hücumları olardı".

Türkiyə rəsmisi antiterror əməliyyatlarına Suriya rejiminin münasibətini və Bəşər Əsədlə mümkün görüşə də toxunub:

"Hazırda göz yummağa və torpaqlarını əllərində saxlamağa çalışırlar, amma yeni gəlişmələrlə nələrin olacağını zamanla görəcəyik. Rejim İran və Rusiya ilə birgə hərəkət edir.

Həmişə Suriya ilə kəşfiyyat səviyyəsində əlaqə saxlamışıq. Prezidentimizin də dediyi kimi, siyasətdə əbədi incikliklər yoxdur. Bununla belə, bunun əsası olmalıdır. Əgər Türkiyənin gözləntiləri doğrulansa, o zaman belə bir görüşün əsası formalaşa bilər"./

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.