“Fransa münasibətlərin normallaşmasına xələl gətirir”
"Fransa açıq-aşkar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə xələl gətirir və Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra sülhün bərqərar olması və bərpa səylərini ciddi şəkildə təhlükə altına qoyur".
Milli.Az report-a istinadən xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İKGF) prezidenti Tahi Ayhanın Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü ilə bağlı bəyanatında deyilir.
İKGF prezidenti Azərbaycan hökumətinin və təşkilata üzv olan digər dövlətlərin Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinə və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş səylərini yüksək qiymətləndirdiyini və qətiyyətlə dəstəklədiyini bildirib.
Onun sözlərinə görə, bu, bütün regionun iqtisadi inkişafı və mədəni inteqrasiyası üçün böyük imkanlar yaradacaq. Digər tərəfdən, İKGF prezidenti Fransa kimi üçüncü tərəflərin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülhün bərqərar olması prosesini pozmağa yönəlmiş və Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində fəaliyyətini ciddi şəkildə təhlükə altına qoyan "səylərindən" narahatdır.
Təşkilat rəhbəri Fransa Senatının 2022-ci il noyabrın 15-də qəbul etdiyi qətnaməni bu dövlətin islamafob yanaşmasının növbəti təzahürü kimi pisləyib.
O hesab edir ki, həmin qətnamənin müddəaları Fransa Senatının tarixi həqiqətlərə qərəzli münasibətini təsdiqləyən, həqiqətdən tamamilə uzaq birtərəfli siyasi mövqeni nümayiş etdirir.
T.Ayhan Fransa parlamenti və hökumətinə bədnam qırğınlar, imperialist müstəmləkəçiliyin qəddarlığı və müsəlmanlara qarşı islamofob siyasəti ilə zəngin tarixlərinə yenidən baxmağı, ona sərhədlərindən kifayət qədər uzaq bir bölgədə sülhməramlı kimi çıxış etməməyi tövsiyə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Dünyada ən çox maaş alan lider odur
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
XƏBƏR LENTİ
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)





