Rusiyanın düşdüyü vəziyyət ABŞ-ın başına gəldi - Türkiyə təşəbbüsü ƏLƏ ALIR
Rusiyanın Cənubi Qafqazda qarşılaşdığı situasiyanın eynisi bu gün Yaxın Şərqdə ABŞ üçün təkrarlanır. Əgər Rusiya bölgədə qalmaq üçün Qarabağda separatçıların təxribatlarına göz yumursa, onların silahlandırılmasında bilavasitə iştirak edirsə, Birləşmiş Ştatların Suriya strategiyasını PKK-nın Suriya qolu YPG üzərində qurması da ABŞ-ın məhz Yaxın Şərqdə "meydanda qalmaq" məqsədindən irəli gəlir.
Çünki Vaşinqton üçün İran və Rusiyanın dəstəyini alan Bəşər Əsədin sünni qruplar tərəfindən devrilə bilməyəcəyi məlum olduqdan sonra Suriyada kürdlərdən başqa işləyə biləcəyi lokal aktor qalmadığı ortaya çıxdı. Elə bu səbəbdən də Kürdlər vasitəsilə "meydanda qalmaq" strategiyası ABŞ-ı Suriya masasında saxlamaq üçün ən uyğun variant oldu. Bu məqamda elə Türkiyənin də Suriyanın şimalına hərbi əməliyyatlarının səbəbi "masada yerini almaq" düşüncəsindən qaynaqlanır.
Əslində isə Vaşinqtonun kürdlərlə bağlı bu taktikası işə yarasa da, bu proses Türkiyə-Rusiya yaxınlaşması kimi fundamental geosiyasi dəyişikliyə də səbəb oldu. Belə görünür ki, Vaşinqtondakı qərarvericilər nədəsə yanlış hesablama aparıblar, onlar Ərdoğanın Rusiya ilə münasibətlərdə bu qədər irəli gedə biləcəyini təxmin belə etməyiblər.
ABŞ-ın Suriya strategiyasından (yeni hədəfləri yoxdur, əsas məqsəd status-kvonu saxlamaq, strateji neft resurslarına nəzarəti qorumaqdır) fərqli olaraq Türkiyənin Suriyadakı strategiyası olduqca dinamikdir, Ankara nəzarətindəki əraziləri maksimum genişləndirmək barədə düşünür. Buradan belə nəticə çıxır ki, Türkiyə ilk növbədə qarşısına birbaşa nəzarətində olan əraziləri artırmaqla hədəflər qoyub. Çünki Ankara anlayır ki, indiki məqamda Suriya masasında əlini gücləndirməyin əsas düsturu məhz bu xəttin necə inkişafından asılıdır.
Amma Türkiyə beynəlxaq geosiyasi müstəvidə fəallığını artırmaq, çevrəsini genişləndirmək məqsədi ilə daha geniş manevr imkanı üçün ətrafını gücləndirmək siyasətində olduqca uğurlu qərarlarla diqqət çəkməyə başlayıb.
Belə ki, Ərdoğanın Sisiylə görüşməsi Türkiyənin "Ərəb Baharı" kitabını tamamilə bağlaması deməkdir. Bununla da Ərdoğan bu görüşün epizodik olmadığını, Misirlə münasibətlərdə yeni səhifə açmaq istədiklərini nümatyiş etdirmiş oldu. Bu faktor deməyə əsas verir ki, Türkiyə artıq əsas diqqətini tək Ərəb dünyasına fokslamaq niyyətində deyil, eyni zamanda nəzərlərini Şərqi Aralıq regionuna cəmləmək barədə düşünür.
Ərdoğanın Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşlər vasitəsi ilə iki ölkə arasında münasibətləri tərəfdaşlıq, müttəfiqlik səviyyəsinə qaldırmaqda əsas amacı təbii ki, Türkiyənin düşmənlərini meydanda tək qoymaq da ola bilər.
Çünki ehtimallar yüksəkdir ki, Türkiyə ilə normallaşmadan sonra Sisi Yunanıstanla çox isti münasibətlərini arxaplana ata bilər. Amma vəziyyətin bu məcrada dəyişməsi eyni zamanda Türkiyə ilə İsrail arasında hazırda qurulmağa davam edən kombinasiyanın gələcəyindən asılıdır.
Bəli, görünən odur ki, Rəcəb Tayyib Ərdoğan bir müddətdir xarici siyasətdə vəziyyətə uyğun olaraq bəzi dəyişiklikləri gözdən keçirməyə başlayıb. Ankara çox gözəl anlayır ki, Misir və İsraillə münasibətləri gərginləşdirməyə ehtiyac yoxdur.
Çünki Türkiyənin bu iki dövləti özündən uzaqlaşdıracaq istənilən qərarı onların Türkiyə düşmənlərinə yaxınlaşması, onlarla koalisiya halına gəlməsi ilə nəticələnə bilər. Necə ki, bu iki dövlət Türkiyə ilə münasibətlərin gərgin olduğu dövrdə Türkiyənin regionda əsas rəqiblərindən olan Yunanıstanla yaxınlaşdılar. Bu yaxınlaşmaya onlar arasında birgə enerji layihələrini müzakirə edilməsi məsələsinə qədər gedib çıxmalarını göstərə bilərik.
Türkiyə-İsrail münasibətləri rəsmi Bakının da böyük fəallığı nəticəsində artıq normallaşmağa doğru çox böyük sürətlə irəliləyir. Bunu Ankaranın vaxtilə əlaqələri kəsdiyi İsrailin hazırki baş nazir Benyamin Netanyahu ilə Ərdoğan arasındakı telefonla danışığı, eyni zamanda Netanyahunu seçkilərdə qələbə münasibətilə təbrik etməsi təsdiq edir. Bu sözləri Misir prezidenti Sisi ilə münasibətlərə də şamil etmək olar. Ərdoğan artıq Misir prezidenti Sisinin də əlini sıxdı. Belə görünür ki, indi növbədə Suriya prezidenti Bəşər Əsəddir...
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
XƏBƏR LENTİ
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış





