Ermənilər Xankəndidə Azərbaycana qarşı YENİ TƏXRİBAT HAZIRLIĞINA BAŞLADILAR
"Son günlər ermənilər mövqelərimizi daha intensiv şəkildə atəşə tutmağa başlayıb. Hətta dünən erməni qanunsuz silahlı birləşmələri Şuşa ətrafındakı mövqelərimiz istiqamətində də hərbi təxribat törətdilər".
Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Heydər Mirzə deyib.

O bildirib ki, Ermənistan Azərbaycana qarşı yeni təxribatlar hazırlayır:
"Hətta artıq söz-söhbət yayılıb ki, Ermənistanın keçmiş Xarici işlər naziri Vardan Oskanyan ola bilsin ki, separatçı rejimdə (Xankəndidə) eyni "vəzifəni" tutsun. Amma bu xəbər yeni olduğu qədər, eyni zamanda hələ təsdiqini tapmayıb.
Bu hadisələr fonunda deyə bilərəm ki, təkcə Azərbaycanla sərhəddə təxribatlar törədilmir, bundan başqa da nələrsə baş verir. Ermənilər belə görünür ki, KTMT sammiti ərəfəsində diplomatik müstəvidə də hansısa proseslərə start veriblər.
Amma məsələyə elə bir zamanda münasibət bildirirəm ki, V. Oskanyanla bağlı məsələlər tam olaraq təsdiqini tapmayıb, bu istiqamətdə bir çox söz-söhbətlər hələ rəsmi deyil. Bu xəbərin özü də təxribat məqsədi daşıyır.
Demək ki, informasiya istiqamətində də ermənilər Azərbaycanın mövqelərini təxribata çəkmək planı hazırlayıb. İndi bizə proseslərin hansı məcraya yönələcəyini izləmək qalır, indiki məqamda əlimizdən ancaq bu gəlir".
Qeyd edək ki, Xankəndindəki Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında separatçılar növbəti təxribat qərarını elan etməyə hazırlaşır. İddialara əsasən separatçıların yeni "xarici işlər naziri" Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri, Köçəryanın köməkçilərindən biri Vardan Oskanyan olacaq.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
XƏBƏR LENTİ
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
Bülent Ersoy “alma şəkəri” obrazında - (Foto)
-
“2 milyonum olsaydı, toyda oxumazdım” - Eldəniz Məmmədov
-
Dəhlizdə bu 5 əşyanı saxlamayın - Uğurun qarşısını kəsir
-
“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs
-
Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı





