Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsraildə baş verən partlayışla bağlı başsağlığı verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan XİN "Twitter"də paylaşım edib.
"Qurbanın yaxınlarına başsağlığı verir və yaralıların tezliklə sağalmasını diləyirik. Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir", - deyə paylaşımda bildirilib.
Xatırladaq ki, İsrailin Qüds şəhərində avtobus dayanacaqları yaxınlığında törədilmiş partlayışlar nəticəsində ümumilikdə 18 nəfər yaralanıb, bir nəfər həlak olub.
Milli.Az