Azərbaycan XİN İsrailə başsağlığı verib

23 Noyabr 2022 17:34

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsraildə baş verən partlayışla bağlı başsağlığı verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan XİN "Twitter"də paylaşım edib.

"Qurbanın yaxınlarına başsağlığı verir və yaralıların tezliklə sağalmasını diləyirik. Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir", - deyə paylaşımda bildirilib.

Xatırladaq ki, İsrailin Qüds şəhərində avtobus dayanacaqları yaxınlığında törədilmiş partlayışlar nəticəsində ümumilikdə 18 nəfər yaralanıb, bir nəfər həlak olub.

Milli.Az