Siyasət

İrəvan razı olmasa, Bakı güc tətbiq edəcək

10 Noyabr 2022 21:07
Baxış: 1 184

Ermənistan danışıqlar yolu ilə razı olmasa, Azərbaycan Zəngəzur dəhlizini güc yolu ilə açacaq, üç ildən sonra isə sülhməramlıların da bölgədən çıxarılmasına nail olacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb.

"Siyasi dairələrdə sülh müqaviləsinin gerçəkləşməsinin sonuncu mərhələyə qədəm qoyduğu bildirilir. Bu ilin sonuna qədər Qarabağ məsələsi Azərbaycanın xeyrinə həll ediləcək. Tiflisdə tərəflər Qərbin təklif etdiyi müqaviləyə qol çəkə bilər. Paşınyanın da öz xalqı qarşısında deməyə sözü olacaq: "Gördünüz ki, mən Soçiyə də getdim, Tiflisə də. Hər iki variantda Qarabağ Azərbaycana keçir". Əks təqdirdə razılıq əldə olunmasa, Əliyev bir hərbi əməliyyatla Qarabağı erməni silahlılarından təmizləyərək, yenə də öz istədiyinə çatacaq", - nəşr bildirib.

Qeyd edək ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən maneəsiz yolun açılması Ermənistanın 10 noyabr 2020-ci il bəyanatı ilə üzərinə götürdüyü öhdəlikdir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.