Siyasət

"Turkic.World" tanınımış yazar Ayşe Gül Kara Zorlu ilə tərəfdaş oldu - FOTO

5 Noyabr 2022 12:02
Baxış: 491

Türkdilli dövlətlərin ilk ortaq media platforması olan "Türk Dünyası" (Turkic.World) və Türkiyəli tanınımış yazar Ayşe Gül Kara Zorlu ilə tərəfdaşlıq memorandumu imzalayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, memorandum Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) direktor müavini Rufiz Hafizoğlu və türkiyəli yazar "Şakrak" personajının ssenari müəllifi Ayşe Gül kara Zorlu arasında imzalanıb. İmzalanma mərasimində Milli Məclisin deputatı Sevil Mikayılova da iştirak edib.

İmzalanan memorandum çərçivəsində Turkic.World media platformasında kitabla bağlı xəbərlər dərc olunacaq, həmçinin Türk, Rus və Azərbaycan dillərində dünyaya tanıdılacaq.

Yerli qəhrəman "Şakrak"- ın macəralarından bəhs edən və uşaqlar üçün də oyuna çevrilən kitab, oxuyarkən həm əyləndirmək, həm də öyrətmək məqsədi daşıyır.

İmzalanma mərasimindən sonra Bağcılar Bələdiyyəsinin Feyzullah Kıyıklık Əngəllilər Sarayında təşkil edilən tədbirdə çox sayda müəllim və görmə məhdudiyyətli uşaqlar iştirak edib.

Tədbirdə iştirak edən Bağcılar Bələdiyyə Başçısı Abdullah Özdemir qeyd edib ki, övladlarımızın belə qəhrəmanlarla böyüməsinə böyük əhəmiyyət verilir.

"Biz Batman və Supermen ilə böyüdük, amma yerli qəhrəmanlarla böyüyən uşaqlarımızın olduğunu görmək çox xoşdur. Çox böyük səy göstərilmişdir. Əməyi keçənlərə təşəkkür edirəm. Övladlarımızın belə qəhrəmanlarla böyüməsinə böyük əhəmiyyət verirəm", - deyə o bildirib.

Qeyd edək ki, "Türk Dünyası" (Turkic.World) media platforması 2021-ci ildə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin dəstəyi ilə, Trend BİA və Türkyənin "Albayrak" Media Qrupunun əməkdaşlığı nəticəsində fəaliyyətə başlayıb.

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.