Siyasət

“NATO Ukraynadakı münaqişəyə cəlb olunmayacaq”

13 Oktyabr 2022 21:51
Baxış: 692

Pentaqonun rəhbəri Lloyd Ostin NATO-nun Ukraynadakı münaqişəyə qarışmayacağını bildirib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə o, Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

Həmçinin ABŞ müdafiə naziri qeyd edib ki, Şimali Atlantika Alyansı Kiyevi dəstəkləməyə davam edəcək və silah ehtiyatlarının yaradılması üzərində çalışacaq.

Bundan əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansı ölkələrinin Ukraynaya dəstəyini artırdığını bəyan edib. Onun sözlərinə görə, bu müharibədə Kiyev qalib gəlməlidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.