Siyasət

ABŞ-ın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

12 Oktyabr 2022 11:46
Baxış: 831

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili 12 oktyabr tarixində XİN-ə çağırılıb.

Milli.Az xəbər verir ki, bu, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin Azərbaycanın Vaşinqtondakı səfirliyinin avtomobilinin atəşə tutulması ilə bağlı məlumatında qeyd edilib.

"Məsələ ilə əlaqədar ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili 12 oktyabr tarixində XİN-ə çağırılıb, baş vermiş hadisə ilə bağlı ciddi narahatlığımız və narazılığımız ifadə edilib və Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb", - qeyd olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.