Putin Ukrayna ərazilərini niyə ilhaq etdi? – Tələsik qərarın arxasındakı hədəf
Prezident Vladimir Putin Rusiyanın mövqeyini sabitləşdirmək və növbəti hücum üçün qüvvələrini bərpa etmək üçün vaxt qazanmaq məqsədilə Ukrayna ərazilərini ilhaq etməyə tələsdi.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.
"Ukraynanın dörd bölgəsinin ilhaqı o demək deyil ki, Putin daha kiçik bir məqsəd üçün Ukrayna dövlətini tamamilə məhv etmək barədə bəyan etdiyi hədəfindən vaz keçib. Əgər ilhaq münaqişəni yeni cəbhə xəttində sabitləşdirsə, Kreml öz qüvvələrini və işğalını bərpa edə bilər", - hesabatda bildirilir.
Eyni zamanda, amerikalı analitiklərin fikrincə, Putinin sentyabrın 30-dakı çıxışında Ukraynanın əks-hücumunun davam edəcəyi təqdirdə Rusiyanın ona qarşı dərhal nüvə silahından istifadə etmək niyyətinin heç bir əlaməti görünməyib. Ekspertlərin iddiasına görə, Rusiya prezidenti heç bir "qırmızı xətt" müəyyən etməyib. Üstəlik, bu müharibə zamanı Ukrayna Silahlı Qüvvələri Rusiyanın sərhəd bölgələrindəki hərbi obyektlərə zərbələr endirməklə Kremlin əvvəllər elan etdiyi "xəttləri" dəfələrlə pozub.
Putin hazırkı cəbhə xəttində münaqişəni dondurmaq və qüvvələri səfərbərlik hesabına bərpa etmək istəyir.
Eyni zamanda ISW qeyd edir ki, Rusiyanın nüvə silahından nə vaxt istifadə edə biləcəyini proqnozlaşdırmaq mümkün deyil, çünki bu, Putinin şəxsi qərarı olacaq.
Kreml nüvə silahından istifadə təhdidləri əvəzinə, qış dövründə qismən səfərbərlik və enerji təzyiqi yolu ilə öz məqsədlərinə nail olmağa çalışacaq. Bununla belə, analitiklər vurğulayırlar ki, Putin cəbhəni sabitləşdirə bilməyəcək və hazırlığı olmayan hərbçilərlə münaqişəni dondura bilməyəcək. Amerikalı ekspertlər hesab edirlər ki, Putin Ukraynanı nüvə silahı ilə vurmağa cəhd etsə, bu, Ukraynanı və ya Qərbi təslim etməyə məcbur etməyəcək, əksinə, bu, "böyük macəra"nın başlanğıcı olacaq.
Analitiklərin fikrincə, Putinin taktiki nüvə silahından istifadə etmək üçün iki əsas variantı var: silahlı əks-hücum əməliyyatını iflic etmək üçün əsas yerüstü rabitə xətlərinə və komanda məntəqələrinə və yaxud təmas xətti yaxınlığında Ukrayna qüvvələrinin böyük konsentrasiyasına zərbələr endirmək. Bununla belə, bu, hədəflərin heç birinə qarşı həlledici olmayacaq.
"Putin ciddi nəticələr əldə etmək və Ukraynanın əks-hücum əməliyyatına başlamasının qarşısını almaq üçün Ukrayna ərazisində çoxsaylı taktiki nüvə silahı yerləşdirməli olacaq. Nüvə silahından istifadənin miqyası, çox güman ki, Qərbin müvafiq zərbə riskini gücləndirəcək, bu da öz növbəsində, Putinin potensial itkilərini artıracaq", - hesabatda deyilir.
Bundan əlavə, NATO-nun nüvə silahından istifadə etməsinə cavab olaraq, Rusiyanın mövqelərinə adi zərbələrlə cavab verməsi ehtimalı da var.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ATƏT PA-da Azərbaycan Belarusa dəstəyini ifadə edib
-
Zelenski Putinə bu şəhərdə görüşməyi təklif etdi
-
Xamaneinin vida mərasimində diqqətçəkən görüntülər - (Video)
-
ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
-
Tramp Obama və Baydenlə futbola baxmaq istəyir
-
Tramp öz imzası olan yeni 100 dollarlığı paylaşdı - (Foto)
XƏBƏR LENTİ
-
İşlənmiş avtomobil alarkən ilk növbədə nələrə diqqət yetirmək lazımdır
-
İsti havada çimərliyə bu qidaları aparmaq olmaz
-
"Ən bahalı geyimim 500 manatdır" - İzzət Bağırov
-
Ələt-Astara avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verib (Video)
-
"Arzum"un həyat yoldaşı Denis danışdı (Video)
-
İran Yaponiya ilə neft satışını müzakirə edir
-
Tovuzda siqaretə görə qətl - Öldürdüyü adamın yasında da iştirak edib
-
Zəngilanda bir nəfər çayda boğulub
-
"Bəxt üzüyü"nün Sedası ilə bağlı bilinməyənlər: "Amerikadakı toyunda ruslar və yəhudilər..."
-
"Beşiktaş"dan 20 milyon avroluq transfer (Foto)
-
Övladları ilə birlikdə faciəvi şəkildə həlak olan Şərifin (Fotosu)
-
Milli İncəsənət Muzeyində “Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” adlı sərginin açılışı və elmi seminar keçirilib - FOTO
-
Fatiməni qətlə yetirən şəxs Türkiyədə saxlanıldı
-
Baş məşqçi Argentina ilə matçdan öncə gözlənilməz qərar verdi
-
İsmayıllıda ağır qəzada ölən həkimin (Fotosu)
-
Kanada Mərakeşə qarşı
-
ATƏT PA-da Azərbaycan Belarusa dəstəyini ifadə edib
-
İçərişəhərdəki Qoşa Qalada açıq hava məkanında Shahin Novrasli Festival açıldı - FOTO
-
"Arzum" ilk dəfə danışdı: "Hələ də şokdayam"
-
Ermənistanda seçki mübahisəsinə son qoyuldu
-
Ağdamda Ata və azyaşlı övladı öldü - Yenilənib
-
Çin şirkəti "Louis Vuitton"a 1,5 milyon dollar təzminat ödəyəcək
-
Evdə bu 5 əşya varsa, kasıblıq qaçılmazdır
-
Əməkdar artist: "2 dəfə səs tellərimdən əməliyyat olundum"





