Siyasət

Müharibənin ilk günü azad edilən “Canavar” yüksəkiyindən ilk REPORTAJ - VİDEO - FOTO

27 Sentyabr 2022 23:33
Baxış: 1 637

44 günlük Vətən müharibəsinin ilk günündə - 27 sentyabrda Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsi ilə yanaşı, yüksəklikləri də azad etdi.

AzTV mərd və qəhrəman hərbçilərimizin düşməndən təmizlədiyi ilk yüksəklikdən - "Canavar" yüksəkliyindən eksklüziv reportaj hazırlayıb. Həmin yüksəklikdən reportaj Azərbaycan televiziya məkanında ilkdir. Əməkdaşlarımız Ruslan Həsənov və Məmmədbağır Kərimov Kəlbəcərdə "Canavar" yüksəkliyini azad edən qəhrəman hərbçilərimizlə görüşüb, onlarla birlikdə sözügedən yüksəkliyə qalxıblar. Hərbçilərimiz yüksəkliyin azad edilməsi əməliyyatının detallarını açıqlayıblar.

Qeyd edək ki, dəniz səviyyəsindən 3381 metr yüksəklikdə yerləşən bu mövqe cəbhənin Murovdağ-Kəlbəcər istiqamətində strateji əhəmiyyət kəsb edirdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics