Siyasət

Paşinyan Azərbaycana yeni xəritə təklif etdi

27 Sentyabr 2022 21:49
Baxış: 3 499

Vətən müharibəsindən iki il keçməsinə rəğmən ermənilər bu müddətdə sülh danışıqları ilə bağlı prosesi pozmaqla məşğuldur.

Əlbəttə ki, onları belə provakativ addımlar atmağa cəsarətləndirən qüvvələr var. Məsələn ermənilərin ağsaqqalı fransızlar.

Milli.Az baku.tv-yə istinadən bildirir ki, quyruğu qapı arasında qalan Baş nazir Nikol Paşinyan da elə buna görə yenidən Fransaya sığınıb. Üstəlik, oradan sərhədlərin delimitasiyası ilə bağlı yeni təkliflə çıxış edib.

Paşinyan Azərbaycan və Ermənistanın MDB çərçivəsində qəbul edilən ərazilər üzrə sərhədlərin qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamağa hazır olduğunu açıqlayıb.

44 günlük müharibədən sonra Azərbaycan-Ermənistan arasında yekun sülhə nail olmaq üçün əsas təşəbbüs göstərən tərəf Rusiya və Avropa olub. Lakin Fransa hər vəchlə çalışır ki, danışıqlarda tərəf kimi iştirak etsin. Lakin heç zaman onda sülhyaratma missiyası alınmır.

Çünki məsələyə açıq-aşkar ermənipərəst mövqeyi ilə yanaşır. Bu da problemi həll etmək əvəzinə, vəziyyəti daha da gərginləşdirən nüansdır. Bu dəfə də Makron bizi təəccübləndirmədi. Paşinyanla görüşdən sonra ittihamlar səsləndirdi.

Oyun oynayaraq sülh prosesinin başlamasını yubadan Paşinyan hələ də ikili siyasət yürütməkdə davam edir. Lakin siyasətdə iki stulda əyləşmək mümkün deyil. Hazırda isə Ermənistanda gedən vəziyyət Paşinyanın oturmaq istədiyi o stuldan yıxılacağını göstərir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics