Siyasət

Ceyhun Bayramov Abdullahiyanla görüşüb - FOTO

24 Sentyabr 2022 07:05
Baxış: 732

Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşüb.

XİN-dən bildirilib ki, nazir Ceyhun Bayramov, Azərbaycan və İran arasında ikitərəfli əməkdaşlığın vacibliyini və iki ölkə tərəfindən bir sıra layihələrin uğurla icra olunduğunu qeyd edib. Bölgədə nəqliyyat və kommunikasiya dəhlizlərinin formalaşmasında əməkdaşlıqdan məmnunluq ifadə olunub. C.Bayramov İranın xarici işlər nazirini Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribatlar barədə ətraflı məlumatlandırıb. Tərəflər, həmçinin ikitərəfli əməkdaşlığın bəzi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.