Ceyhun Bayramov Şimali Makedoniyanın Baş naziri ilə görüşdü
Bu gün Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniya Respublikasının Baş naziri Dimitar Kovaçevski ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat idarəsindən verilən məlumata görə, görüş zamanı ölkələrimiz arasında ikitərəfli əlaqələr və regional vəziyyət müzakirə olunub.
Ceyhun Bayramov Azərbaycanla Şimali Makedoniya arasında ikitərəfli dostluq münasibətlərindən məmnunluğunu bildirib. Azərbaycan tərəfindən energetika sahəsində həyata keçirilən işlər və gələcək planlar qarşı tərəfin diqqətinə çatdırılıb. Nazir, 30 il ərzində ərazilərimizin işğalı, şəhər və kəndlərin dağıdılması, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı tərəfimizdən görülən işlər, habelə Ermənistan tərəfinin son təxribatları ilə bağlı qarşı tərəfə ətraflı məlumat verib.
Baş nazir Dimitar Kovaçevski ölkələrimiz arasında münasibətlərin daha da inkişafında maraqlı olduqlarını, qurumlar arasında dialoqun davam etdirilməsinin vacibliyini səsləndirib. Azərbaycanın Avropanın enerji təminatına töhfəsi xüsusi vurğulanıb.
Tərəflər, həmçinin ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini, habelə digər qarşılıqlı maraq doğuran istiqamətləri müzakirə ediblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
XƏBƏR LENTİ
-
Toyda bu dəfə robot qol qaldırıb oynadı - (Video)
-
Tatarıstana PUA hücumu: Ölənlər və yaralananlar var
-
Mbappe ən yaxşı gənc futbolçunun adını açıqladı
-
Bu ərazilər qazsız qalacaq
-
Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
-
İndoneziyada 241 sərnişini olan gəmi yoxa çıxdı
-
Türk bayrağına tüpürən turistə bu cəza veriləcək
-
Bu küçələrə giriş bağlandı
-
Rusiyada bu hava limanları bağlandı
-
"Zirə" "Qarabağ"a qarşı
-
Rəşad Dağlının qızı ilə Orxan Lökbatanlının dueti maraq yaratdı - (Video)
-
- Sürücülərin diqqətinə: Bu prospektdə təmir aparılacaq
-
Azərin anasını belə təbrik etdi - (Video)
-
“Kirayə götürmüşük” dediyi qızıllar odunluqdan çıxdı - (Video)
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
İsmayıllıda qəza - Ölən var
-
Azərbaycanlı aktyor qızı ilə - (Foto)
-
“Real” Madrid derbisində darmadağınla qalib gəldi
-
Qoz yağının faydaları - necə istehlak edilməlidir?
-
Astarada ilk kivi yığımı başladı - (Video)
-
Azərbaycanlı məşhurların arxiv görüntüləri müzakirə yaratdı - Ən çox kim dəyişib? - (Fotolar)
-
Türkiyə mətbəxindən haydari resepti
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr





