Bayden-Harris tandeminin qorxulu mesajı – ABŞ ermənilərə qaz verir
İki il əvvəl bu vədələr ABŞ prezidenti seçilmək üçün qızğın seçki kampaniyası aparan Cozef Robinett Baydenin şanslarının yavər getdiyini görən təhllilçilərimiz sabiq vitse-prezidentin (2009-2017) Ağ Evin sahibi olacağı təqdirdə ölkəmizə münasibətinin necə ola biləcəyi barədə analizlər verirdilər.
Analitiklərin, eləcə də siyasətdən yazan jurnalistlərin bir çoxunun qənaəti beləydi ki, Bayden gələcək, amma ABŞ-ın Türkiyə və Azərbaycan siyasəti dəyişməyəcək. Rəy beləydi ki, ABŞ-ın şəxslər yox, siyasi institutlar, məşhur ifadə ilə desək, "dərin dövlət" idarə edir və onlar dünya hegemonu olan bu dövlətin maraqları ilə riskə getməzlər.
Milli.Az musavat.com-a istinadən bildirir ki, Baydenin ermənilərə hüsn-rəğbəti ilə seçilən, zaman-zaman ermənilərdən çox ermənilik edən Kamala Harris adlı kaliforniyalı senator qadını özünə vitse-prezident seçməsi əslində onun gələcək siyasətinin konturlarını göstərirdi.
Bu qadın Kaliforniyadan senator seçilməzdən əvvəl ştatın baş prokuroru da olmuşdu və bu ştatda yaşayan ermənilərin siyasi gücünü nəzərə alaraq erməniərəst birinə çevrilmişdi, aydın idi ki, o, öz erməni seçicilərinə verdiyi vədlərin reallaşması üçün əlindən gələni edəcək.
Amma yenə də "Bayden xarici siyasətdə Trampdan fərqli siyasət yeritməyəcək" fikri hakim olaraq qalırdı.

C.Bayden vəzifəsinin icrasına 2021-ci ilin yanvarında başlayanda artıq 44 günlük müharibədən 70 gün vaxt keçmişdi və artıq üçtərəfli atəşkəs sazişi imzalanmış, Ermənistan 28 ildən bəri işğal altında saxladığı rayonlardan çıxmağı öhdəsinə götürmüşdü və öz öhdəliklərini qrafik üzrə yerinə yetirirdi.
Ona görə də ABŞ-ın yeni prezidenti bu konfliktə müdaxilə edə bilmədi, çünki çox gecikmişdi, təşəbbüs artıq hərbi planda Azərbaycanın, siyasi planda Rusiyanın əlindəydi.
Ancaq Baydenin və onun ermənipərəst vitse-prezidenti Kamala Harrisin ermənisevərliyi, eləcə də köhnə türkobobluğu özünü çox gözlətmədi. Onların hakimiyyətinin 100 günü tamam olandan 5 gün sonra, aprein 24-də prezident Cozef Bayden 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin genosidə məruz qaldığını bəyan etdi və ertəsi gün bu bəyanatın Ağ Evin rəsmi saytında dərc olunması o anlama gəldi ki, Bayden həmin hadisələri soyqırım aktı olaraq tanıyır.
O zaman ermənilər bu hərəkətə görə eyforiyaya qapıldılar, türklər və azərbaycanlılar üzüntü duydular. Ancaq ABŞ prezidentinin qərarına görə yaranmış pərtlik uzun sürmədi. Belə anlaşıldı ki, bu elə bir hüquqi qüvvəsi olmayan, amma erməniləri üçün böyük təskinlik və gələcəyə ümid demək olan bəyanatdan başqa bir şey deyil. Türkiyə və ABŞ yenə də hərbi-siyasi müttəfiq olaraq qalırdılar.
55.jpg (96 KB)
Fəqət bu iki dövlətin müttəfiqliyi artıq 2016-cı ilin iyul ayından səmimi dostluğa yox, məcburi yoldaşlığa dayanan müttəfiqlik idi. Çünki 2016-cı ilin iyul ayında Türkiyədə hərbi qiyam qaldırılımış, dövlət çevriişinə, qanuni prezidentin həyatına sui-qəsd cəhdi edilmişdi və bu qanlı aksiyanın icraçıları ABŞ-a, NATO-ya bağlı olan hərbçilər, eləcə də ABŞ-ın Pensilvaniya ştatında iqamətgahı olan din xadimiydi.
Həmin vaxt vitse-prezident olan və bu avantüraya birbaşa rəhbərlik etdiyi bildirilən Co Bayden təbii olaraq Türkiyənin qeyri-rəsmi qara siyahısına düşmüşdü və o özü də Türkiyə liderlərini, bütövlükdə Türkiyəni həzm edə bilməyəcək hala gəlmişdi.
Ona görə də "erməni genosidi"nin tanınması Türkiyədə faciə kimi qarşılanmadı. Xarici işlər naziri Mövlud Çavuşoğlunun bu hərəkəti populizm adlandırmasıyla o da ortaya çıxdı ki, Türkiyə rəhbərlərinin Baydendən elə bir çəkinəcəyi yoxdur.
Budur, Bayden-Harris tandeminin türkofobluğu yeni mərhələyə adlayıb. Bu dəfə Bayden bu gün Ermənistanın müstəqillik günü ilə bağlı baş nazir Paşinyana göndərdiyi məktubda bu ölkənin arxasında durduğuna dair mesaj verib və mətndə "Dağlıq Qarabağ xalqının mənafeyi"ndən bəhs edib.

Paşinyanın "artsax" ballastından xilas olmaq istədiyi açıq-aşkar görünən bir vaxtda ABŞ prezidentinin ona "hakimiyyətdən və Dağlıq Qarabağdan vaz keçmə" mesajı verməsi, Azərbaycanın daxili işi olan problemin düşmən ölkənin rəhbəri ilə müzakirə etməsi özlüyündə ölkəmizə qarşı hörmətsizlikdir. Üstəlik, o, məktubunun mətnində "Ermənistana hücum" barədə də yazıb. Bu məsələ isə Azərbaycan tərəfindən qonşu dövlətə hərbi müdaxilə yox, delimitasiya və demarkasiya problemi kimi təqdim olunub. Həmin prosedur başlayandan və başa çatandan, sərhəd xətti köhnə xəritələrə əsasən müəyyənləşdiriləndən sonra ortada problem qalmayacaq.
Başqa sözlə, Azərbaycan Ermənistanın heç bir yaşayış məntəqəsini işğal etməyibsə və nəzarət etdiyi dərə-təpəni 28 il işğalda saxlamaq niyyətində deyilsə, o boyda prezidentin hansısa təpənin yamacında iki metr o yana, üç metr bu yana basdırılacaq sərhəd dirəyinə görə həyəcanlanması yersizdir, səviyyəsinə uyğun deyil.

İndi aydın olur ki, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin 120 milyon dollarıq məsrəfə başa gələn səfəri də boşuna deyilmiş, onu Ermənistana Bayden göndəribmiş.
Beləlikə, hazırda ABŞ-a rəhbərlk edən 3 ən yüksək vəzifəli şəxsin üçü də ermənipərəst və türkofobdur. Onlar ermənilərin mənafeyi naminə ABŞ-ın dövlət maraqlarını da zərbə altına qoyurlar.
Bu isə daha çox Qafqazda, xüsusilə də Ermənistanla Azərbaycan arasında qalıcı sülhə zərbədir. Çünki ermənilər ruslardan sonra yeni havadar tapdıqlarına və bu himayədarın köhnədən arxa-dayaq olan Fransa ilə tandem yaradaraq "erməni məsələsi"nə dəstək verəcəyini düşünərək sülhə gəlməyəcəklər, "böyük dövlət" qurmaq iştahları yenə qabaracaq. Bu, köhnə münaqişənin yenidən alovlanması deməkdir.

Ancaq Azərbaycan da 30-34 il əvvəlki kimsəsiz, əliyalın, büdcəsində pul olmayan ölkə deyil. Bu uzun illərdə Azərbaycan dövləti çox güclənib, üstəlik, bir sıra sınaqlardan uğurla çıxaraq özünə etibarlı dost-müttəfiqlər də qazanıb. Hətta uzun illər Azərbaycanı ermənilərin ayağına vermiş dövlət də artıq anlayıb ki, dar ayaqda kimə güvənmək olarmış və kim onu arxadan xəncərləməzmiş.
Ona görə də bir ayağı burada, biri də orada olan Bayden kimi siyasi xadimlərin gərək ilk növbədə erməni xalqına yazığı gəlsin ki, onun talesiz övladlarını yenidən qızışdırıb meydana yeritməsinlər, panteonlara göndərməsinlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir
-
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib
-
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - (Foto)
-
Heydər Əliyevin müəllifi olduğu Konstitusiya Azərbaycanın sabit dövlətçiliyə keçidinin simvoludur - Sevil Mikayılova
-
Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır - Kamaləddin Qafarov
-
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - (Foto)
XƏBƏR LENTİ
-
Aslan Fətullayev dəfn edildi - (Yenilənib)
-
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir
-
Rusiyada polkovnikə qarşı sui-qəsdin detalları - Bomba hava şarı ilə göndərilib
-
Pavel Durov: “Hazırda 140 övladım var, 400-ə çatdıracağam"
-
Baş nazir Teymur Musayevlə bağlı qərar verdi
-
Təranə-Musa cütlüyünün evi müzakirə yaratdı - (Video)
-
Generalın saxlanılan qızının 3 ay öncəki davası - (Video)
-
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib
-
Paşinyan türkiyəli jurnalistlə ürək işarəsi göstərdi: Tarkanın mahnısını dinlədi - (Video)
-
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - (Foto)
-
Bakıda yanan 64 yaşlı kişi öldü
-
Qardaşını maşınla vurub videoya çəkən gənc saxlanıldı - (Video)
-
Sərxan Kərəmoğlu: "Cənazəmi Azərbaycana gətirən kafirdir, yandırsınlar"
-
"Ərdoğanla çox müsbət görüş keçirdik" - Paşinyan
-
“Fənərbağça” “Real”ın ulduzuna elçi düşdü
-
Bu şəxslər üçün şad xəbər: Elektrik xərcinin yarısını dövlət ödəyəcək
-
Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
-
“Kızılcık Şerbeti”nin aktrisasının dəfninə niyə qatılmadığını açıqladı
-
İşlədiyin saata görə maaş alacaqsan - Kimlər daha çox qazanacaq?
-
Bakıda böyük söküntü: 3500 manat kompensasiya...
-
“Aşk-ı Memnu”nun aktrisası dəyişib belə oldu - (Fotolar)
-
Azərbaycanlı rejissorun filminin Almaniyada təqdimatı olub - (Foto)
-
“Barselona” stadionunda vəfat edənlərin külü saxlanılacaq
-
100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - (Video)





