Türkiyəyə qarşı hazırlanan ssenari... - Admiral Azərbaycanın da adını çəkdi
"ABŞ, NATO və Qərb artıq şərq sərhədini Türkiyədən Yunanıstana çəkmək istəyir".
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu kontr-admiral Cihat Yaycı "Türkiyə" qəzetinə açıqlamasında deyib.
"Əsas məsələ ABŞ-ın bu zirehli texnikaları "European Defender-21" təlimlərinə cəlb etməsi və Dədəağaca hərbi qüvvə yığması deyil, əsas məsələ budur ki, Amerika həmin texnikaları təlimlərdən sonra Yunanıstana bağışladı. Əslində Yunanıstanın bu vasitələrə ehtiyacı yoxdur. Ancaq bağışlanan tank və helikopterin kimə qarşı istifadə ediləcəyi məsələsi önəmlidir. Hədiyyə edilən avadanlıqların hücum texnikaları olması ciddi sual yaradır", - admiral bildirib.
Yaycı söyləyib ki, ABŞ Prezidenti Co Bayden Amerikanın qlobal plan, proqram və strategiyasının icraçısı olmaqla yanaşı, Dədəağacda qoşun yerləşdirilməsinin müəllifidir:
"ABŞ, NATO və Qərb artıq şərq sərhədini Türkiyədən Yunanıstana çəkmək istəyir. Dədədağac həm də ABŞ-ın Balkan və Qara dənizə açılan qapısı hesab olunur. Bunun Türkiyəni və türk boğazlarını nəzarətə keçirmək cəhdi olduğu da bəllidir. Üstəlik, Dədədağac artıq ABŞ-ın hərbi dəniz bazasına çevrilir. Bu, Lozanna tarazlığını pozmaq cəhdidir.
ABŞ Yunan Kiprinə silah embarqosunu ləğv etdiyini açıqladı. Bu qərar İsraildən "Dəmir Künbəz" müdafiə sistemlərini alacağını bəyan etməsi ilə üst-üstə düşdü ki, bu da nəzərdən qaçırılmaması lazım olan mühüm məsələdir. Hadisəni dövri olaraq qiymətləndirdiyimiz zaman bu gəlişmələrin ardıcıllığına da diqqət etmək lazımdır: Yunanıstan Türkiyəyə təcavüzə cəhd edir, Ermənistan Azərbaycana qarşı təxribata əl atır, Dədəağacda ABŞ-ın hərbi dəniz baza tikəcəyi xəbəri yayılır və amerikalı generallar Suriyada PKK terrorçuları ilə görüşür.
ABŞ və Rusiyanın yenidən PKK-ya dəstəyi artırması və Yunan Kiprinə silah embarqosunu ləğvi sual yaradır. Görünən budur ki, yaxın gələcəkdə Türkiyəni qarşıdurmaya çəkmək istəyirlər və bu hərbi əməliyyat meydanının hazırlanması davam edir. Türkiyə çox diqqətli olmalıdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dünyada ən çox maaş alan lider odur
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
XƏBƏR LENTİ
-
“Çocuklar Duymasın”ın aktrisası tanınmaz halda - (Foto)
-
"Məhkəməyə onun qardaşı yox, Güllünün oğlu kimi gedəcəyəm"
-
Yaşlanmamaq üçün oğlunun qanını özünə köçürmüşdü, indi də itinin ömrünü "uzatmaq" istəyir
-
Ən paxıl BÜRCLƏR – Gözlərinə görünməyin
-
Trampın uşaqlıq illərini keçirdiyi malikanə satıldı - (Foto)
-
Şəbnəm Tovuzlu geyim ilə müzakirə yaratdı - (Video)
-
Bakıda dəbdəbəli toy: Demet Akalın, Aygün, Röya səhnə aldı - (Video)
-
Dünyada ən çox maaş alan lider odur
-
Qeri Mayers vəfat etdi - (Foto)
-
Venesiya Film Festivalının qalibləri açıqlandı: "Qızıl Şir"i kim aldı? - (Foto)
-
Kralın dəfnindən 2 gün sonra bacısı öldü - (Foto)
-
Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
-
Macarıstan hökuməti Britaniya Kralına hədiyyə olunan atları geri istəyib
-
Sabah 33 dərəcə isti olacaq
-
Yoxa çıxan gəmidəkilərdən 103 nəfəri xilas olundu - 140 itkin var - Yenilənib
-
"Liverpul" Alissonla bağlı qərar verdi
-
Dubayda milyonerin qarajı heyrətləndirdi: Hər ay lüks maşın alır - (Video)
-
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu
-
"O, həyatı boyu ürəyini dəyişmədi" - (Video)
-
Maaş, pensiya və sosial ödənişlərlə bağlı yeni xəbər var
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Bu şəxslərə 300 manat veriləcək
-
Kaşif Kozinoğlunun ölümü ilə bağlı 3 nəfər tutuldu
-
Toyda bu dəfə robot qol qaldırıb oynadı - (Video)





