Siyasət

Cinpin Baydenə xəbərdarlıq edib

6 Sentyabr 2022 08:03
Baxış: 464

Çin Sədri Si Cinpin ABŞ Prezidenti Co Baydenə demokratiyanın tənəzzülü barədə xəbərdarlıq edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti deyib.

Çin Sədri ona demokratiyaların 21-ci əsrdə yaşaya bilməyəcəyi barədə xəbərdarlıq edib. Si Cinpinin fikrincə, daha uğurlu idarəetmə forması avtokratiyalar (nəzarətsiz və qeyri-məhdud tamhakimiyyətlilik forması) olacaq.

"O izah etdi ki, demokratiyalar konsensus tələb edir və hadisələr o qədər sürətlə gedir ki, konsensusa nail olmaq mümkün deyil", - deyə Bayden Si Cinpinlə söhbəti barədə bildirib.

Ağ Evin rəhbəri izah edib ki, bu, Si Cinpinin fikrincə, avtokratiyaları daha uğurlu edəcək. ABŞ prezidenti bu mövqe ilə qəti şəkildə razılaşmır.

Bayden onu da bildirib ki, o, ÇXR lideri ilə digər dövlət başçılarından daha çox danışıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.