"Laçın şəhərində zəruri kommunal xidmətləri təmin etmək daha asan olacaq. Şəhərin elektrik şəbəkəsinə elektrik enerjisinin verilməsi ən qısa zamanda baş tutub".
Bunu Milli.Az-a açıqlamasında nəqliyyat eksperti, Laçın sakini Ərşad Hüseynov deyib.
Uzun illərdən sonra yurduna ayaq basan Ə.Hüseynov bildirib ki, qısa müddətdə Laçın bütün təchizala təmin edilə bilər:
"Laçının su təchizatı da çətin olmamalıdır. İşğal dövründə şəhərdə məskunlaşmaq istəyən vandallar Sarı baba dağının ətəklərindən (Xırmanlar kəndindən) şəhərə su xətti çəkiblər Şəhəri tərk edərkən kəməri və paylayıcı xətləri zədələsələr də, yaxın müddətdə şəhərin su təchizatı şəbəkəsini bərpa etmək mümkün olacaq.
Laçın şəhərinin qaz təchizatı da asan olmalıdır. Çünki Xankəndi şəhərinə gedən qaz xətti Laçından keçir. Həmin xətlə Xankəndiyə İran və ya Rusiya qazı verilir. Laçının üçün qazı həllik elə bu xətdən götürməliyik. Bu dövlətlərin istənilən biri ilə razılaşaraq əvəzində onlara başqa istiqamətdən qaz və ya işlətdiyimizin pulunu verə bilərik. Əsas odur ki, qısa müddətdə Laçının qaz təchizatı da bərpa edilə bilər.
Bununla da erməni diasporunun Qarabağda xərclədiyi pulları Azərbaycan ordusunun göyə sovurduğunu deyə bilərik. Ən azından fakt odur ki, bugünkü gün erməni diasporalarının, o cümlədən də Qarabağ və işğal olunmuş digər ərazilərin maliyyələşdirilməsi üçün xüsusi olaraq yaradılan erməni fondları vasitəsilə çalışıblar ki, o yerlərdə məskunlaşdırılan erməni əhalinin sayın artırsınlar. Xüsusilə də məskunlaşdırma hədəfi əsasən Laçın, Kəlbəcər, Qubadlı, Zəngilanın bir hissəsi olub.
Əsasən də Şərqi Zəngəzur iqtisadi rayonunun əsas hissələrində məskunlaşmağa çalışıblar. Mən 2 ilə yaxındır o ərazilərdə oluram və oralarda diqqətlə müəyyən araşdırmalar da aparmışam. Belə məlum olub ki, ermənilər Laçın, Kəlbəcər ərazisində yeni evlər tikməyə, müəyyən infrastruktur yaratmağa çalışıblar, bununla paralel elektrik xəttlərini söküblər, yolları yüngülvari yaxşılaşdırıblar, bizim vətəndaşların qoyub gəldiyi evlərə əsasən o evləri eyni tipli təmir ediblər.
Baxırsan ki, bu təmiri bu evdə yaşayan adam etməyib, kimsə kənar adam edib. Çünki kənddə evlərə baxanda görürsən ki, təmir tipi eynidir. Şükürlər olsun ki, diaspora, lobbinistlərin illərdir göndərdiyi milyonlarla dollar dəyərində həmin o pullar göyə sovruldu. Yəqin ki, qismət olacaq hələlik sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdə də ermənilərin xərclədiyi külli miqdarda maliyyə itkisinə şahid olacağıq. 30 illik işğal dövründə Qarabağda qanunsuz şəkildə tikilən sosial infrastrukturun heç bir əhəmiyyəti qalmadı.
Düzdür, hələ Qarabağın bir hissəsində onlar yaşamaqda davam edirlər. Amma fakt budur ki, dediyim kimi Laçında, Kəlbəcərdə, Qubadlının, Zəngilanın bir hissəsində müasir tələbələrə heç normal cavab verməyəmn, çox minimal səviyyədə nəsə etməyə çaışıblar. Həmin infrastruktur özünü doğrultmadı.
Birinci növbədə bu yerləri tərk edərkən özləri maksimum dərəcədə oradakı infrastrukturu dağıdıblar. Əslində o infrastrukturun bir hissəsi bizim özümüzdən qalmışdı. Onlar bizim də qurub-yaratdıqlarımızı da dağıdıblar. Gedərkən daha çox vandallığa yol veriblər. Yerdə qalan hissəsi də onsuz da müasir tələblərə cavab vermir. Biz insanlarımızın orada normal yaşaması üçün həmin infrastrukturu tamamilə yeniləməyə məcbur olacağıq".
Təhməz Əsədov
Milli.Az