Siyasət

Çempionlar Liqasında ermənilər növbəti təxribata əl atdı

10 Avqust 2022 08:02
0 Şərh     Baxış: 1 259

Ötən gün Ermənistanın "Pünik" komandası ilə Serbiyanın "Srvena Zvezda" komandası arasında keçirilən görüşdə ermənilər növbəti dəfə təxribata əl atıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, "Pünik" azarkeşləri İrəvanda keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Qarabağ Ermənistandır, Kosovo Serbiyadır" yazılı pankart açıblar.

Xatırladaq ki, iyulun 20-də Çempionlar Liqasının II təsnifat mərhələsində keçirilən "Pünik" -"Düdelanj" matçı zamanı da ermənilər təxribata yol açmışdı. İrəvanda keçirilən qarşılaşmada tribunada açılan pankartda işğaldan azad olunmuş Qarabağı Ermənistan ərazisi kimi göstərilmişdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.