Siyasət

Dövlət başçısı Konyada Şimali Kipr Türk Respublikasının Prezidentini qəbul edib - VİDEO - FOTO

9 Avqust 2022 17:51
Baxış: 3 368

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Türk dünyasında xalqlar arasında əlaqələrin möhkəmlənməsi işinə xidmət edən V İslam Həmrəyliyi Oyunlarının Türkiyədə keçirilməsinin önəmi vurğulandı. Bu mötəbər beynəlxalq idman tədbirinin Bakıda da yüksək səviyyədə təşkil olunduğu məmnunluqla qeyd edildi.

Söhbət zamanı Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin humanitar, mədəniyyət, təhsil, idman sahələrində genişlənməsinin əhəmiyyətinə toxunuldu.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.