Siyasət

Azərbaycan qəti addımlar atacaq - Son erməni silahlısı Qarabağdan qaçana kimi...

3 Avqust 2022 16:41
Baxış: 5 409

"Çox təəssüflər olsun ki, bu hadisələr, bu gərginlik məhz bu ərəfədə baş verir". 

Bunu Milli.Az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

O bildirib ki, dəhlizlərin açılmasından narahat olan qüvvələr bölgədə vəziyyəti gərgin saxlamaq istəyirlər:

"Region öz həssas dönəmini yaşayır. Belə ki, yaxın günlərdə hər halda belə planlar var idi ki, Azərbaycan Prezidenti Ermənistan baş naziri ilə Brüsseldə görüşməli idi. Digər tərəfdən üçtərəfli komissiya - Azərbaycanın və Ermənistanın xüsusi komissiyası deblokada ilə bağlı, yolların açılması məsələsi ilə bağlı görüş keçirməlidir. O biri yandan delimitasiya ilə bağlı ikitərəfli komissiya görüşməlidi idi.

Bax, bu ərəfədə bu cür gərginlik ondan xəbər verir ki, Ermənistan tərəfi razılıqlardan boyun qaçırır və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində addımlar atmaq niyyətində deyil. Digər tərəfdən ABŞ-ın son vaxtlar aktivliyi göz önündədir və burada müəyyən vasitəçilik rolu oynamaq istəyir. Çox güman ki, regionda bunu istəməyən qüvvələr var. Ona görə də bu cür təxribatcı addımlara əl atırlar. 

Separatçıların fəallığı ondan xəbər verir ki, onlar indiki vəziyyətdən narahatdırlar. Çünki son nəticə etibarı ilə tərksilah olunmalıdır və gec-tez regionda yeni reallıqlar, yeni yol infrastrukturunun salınması, Laçın dəhlizinə alternativ olan dəhlizin yaradılması, Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə yolların açılması, - əgər biz yolların açılmasından danışırıqsa, bütün yollar açılmalıdır, o cümlədən bu yollar: Kəlbəcərdən Ağdərəyə, Ağdərədən Tərtərə gedən yol, Ağdamdan Xankəndi vasitəsilə Şuşaya gedən yol, - bunlar hamısı açılmalıdır. 

Ona görə də düşünürəm ki, bundan narahat olan qüvvələr çalışır vəziyyəti olduğu kimi saxlasınlar və burada müsbətə doğru heç bir inkişaf olmasın. 

Əgər danışıqlar nəticə verməsə, Azərbaycan tərəfi öz narahatçılığını praktiki addımlarla göstərəcək, eyni zamanda beynəlxalq aləmə bir mesaj ötürəcək ki, növbəti dəfə Ermənistan tərəfi öhdəliklərinə düşən vəzifələrini yerinə yetirmir. Ona görə Azərbaycan tərəfi məcbur olacaq öz hüquqi imkanlarından istifadə edərək məsələləri həll etsin. 

Biz artıq vasitəçilərə (Aİ, Rusiya) də açıq deyə bilərik ki, madam ki, vəziyyət növbəti dəfə belə dalana dirənir, biz məcburuq müəyyən qəti addımlar atmağa. O cümlədən istisna olunmur ki, bu, antiterror əməliyyatı olsun. Lakin indiki şəraitdə vasitəçilərlə söhbətlər aparılır, danışıqlar gedir. Azərbaycan çalışacaq ki, bu addımı bütün ziddiyətləri nəzərə alaraq atsın, geiosiyasi vəziyyəti, regionda gedən prosesləri nəzərə alaraq bunları etsin. Ona görə də bununla bağlı hazırda hansısa ehtimal səsləndirmək tezdir.

Xüsusi antiterror əməliyyatı onu göstərir ki heç bir terrorçu sığortalana bilməz. Regionda komunikasiyaların açılmasından danışırıqsa bu proses ilk əvvəl Qarabağdan başlanmalıdır. Regionda terrorçular olanda bunu necə təhlükəsiz etmək olar? Köçkünlər Xocalıya necə qayıtsın ki orada indinin özündə silahlanmış düşmənlər qalır? Nəyinki qalır - çıxmaq da fikirləri yoxdur. Görünür bunları hərəkətə gətirmək üçün başqa yol qalmır".

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.