Siyasət

Metyu Brayzadan Azərbaycandakı mina partlayışına reaksiya

2 Avqust 2022 17:20
Baxış: 915

Beynəlxalq ictimaiyyət Qarabağın minalardan təmizlənməsində Azərbaycanı dəstəkləməlidir.

Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

O, minaların təmizlənməsi məsələsində sürətli irəliləyişin vacibliyini vurğulayıb.

"Mümkün olduğu qədər irəliləmək lazımdır, çünki minalar insanların həyatına təhlükə törədir, eləcə də azad edilmiş ərazilərin bərpası üçün lazım olan investisyalar üçün maneə yaradır. Minaların təmizlənməsi azərbaycanlıların öz doğma yurdlarına qayıtmasına və torpaqların reinteqrasiyasına imkanlar yaradacaq", - deyə o bildirib.

Sabiq səfir minaların partlaması nəticəsində və ümumiyyətlə, 30 il davam etmiş münaqişədə həlak olanlarla bağlı təəssüfünü bildirib.

"Hərbi mərhələ geridə qalıb və biz hamımız artıq bütün diqqətimizi minaların təmizlənməsinə, bərpa işlərinə və yekunda sülh müqaviləsinin imzalanmasına yönəldə bilərik", - M.Brayza deyib.

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics