Rusiyanın xarici işlər naziri Sergey Lavrov Efiopiyaya səfər edib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, sabah Lavrov efiopiyalı həmkarı Demeke Mekonnenlə görüşəcək.
Bununla da Lavrovun Afrika səyahəti başa çatır. O, Şanxay Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri Şurasının iclasında iştirak etmək üçün Efiopiyadan Daşkəndə yola düşəcək.
Milli.Az