Siyasət

Litva Ukraynaya zirehli transportyorlar və sursat göndərəcək

21 İyul 2022 08:37
0 Şərh     Baxış: 588

Litva yaxın vaxtlarda Ukraynaya əlavə hərbi dəstək - "M113" və "M577" zirehli transportyorları, həmçinin digər sursatlar verəcək.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə naziri Arvidas Anuşauskasın sözlərinə görə, "M113" Ukrayna Silahlı Qüvvələrinin mühüm hissəsinə çevrilir və Litva buna mühüm töhfə verir.

"Hazırda Kiyev tərəfindən hərbi polisin, minalardan təmizləmə üzrə mütəxəssislərin hazırlanması üçün sorğu təqdim olunub. Litva ordusu, həmçinin təlimatçılar göndərməklə Böyük Britaniyada ukraynalı kadrların genişmiqyaslı təliminə töhfə verəcək", - A.Anuşauskas NATO-nun Ukraynaya Dəstəyin Koordinasiyası Qrupunun distant iclasında deyib.

Litva artıq Ukraynaya "Stinger" hava hücumundan müdafiə sistemləri, tank əleyhinə silahlar, zirehlər və dəbilqələr, 120 mm-lik minaatanlar, atıcı silahlar, döyüş sursatları, termoqrafik kameralar, pilotsuz uçuş aparatları, anti-dronlar, müşahidə radarları, "M113" zirehli transportyorları, yük maşınları, yolsuzluq avtomobilləri verib.

Ümumilikdə Litvanın Ukraynaya hərbi yardımı təxminən 123 milyon avro təşkil edir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.