Siyasət

Rusiya qoşunlarının mövqelərini qorumaları getdikcə çətinləşir

19 İyul 2022 08:44
1 Şərh     Baxış: 954

Ukrayna Silahlı Qüvvələri hədəfli zərbələr endirdiyi üçün Rusiya qoşunlarının mövqelərini saxlamaq getdikcə çətinləşir.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müraciətində deyib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri Rusiya qoşunlarını xeyli maddi-texniki itkilərə məruz qoyub.

"Rusiya ordusunun işğal olunmuş ərazilərdə mövqe tutması getdikcə çətinləşir. Biz addım-addım irəliləyirik, işğalçıların təchizatını kəsirik, əməkdaşlıq edənləri aşkarlayıb zərərsizləşdiririk. Perspektiv göz qabağındadır - Ukrayna bayrağı bütün şəhər və kəndlərimizdə olacaq. Yeganə məsələ zamandır", - Zelenski bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.