Siyasət

Ceyhun Bayramovun Gürcüstana işgüzar səfəri başa çatıb

16 İyul 2022 20:04
0 Şərh     Baxış: 629

Xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstana işgüzar səfəri başa çatıb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramov Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, xarici işlər naziri İlia Darçiaşvili ilə görüşlər keçirib.

Ceyhun Bayramov, həmçinin Tbilisidə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla ikitərəfli formatda görüşüb.

Eyni zamanda, Azərbaycan, Gürcüstan və Ermənistan XİN başçılarının üçtərəfli formatda görüşü keçirilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.